!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” “Sabah”ı məğlub etdi

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun növbəti görüşü keçirilib.

Yenicag.az xəbər verir ki, “Bank Respublika Arena”da “Sabah” və “Qarabağ” komandaları üz-üzə gəlib. Baş hakim Fərid Hacıyevin idarə etdiyi görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə topu 30-cu dəqiqədə Abdullah Zubir vurub.

Bundan 4 dəqiqə əvvəl isə “Qarabağ”ln cinah oyunçusu Total Bayramov zədələnərək, meydanı tərk edib. Onu daha bir gənc futbolçu Elvin Cəfərquliyev əvəzləyib.

60-cı dəqiqədə isə “Sabah”ın mərkəz müdafiəçisi Bəxtiyar Həsənalızadə sinəsində ağrılar hiss edərək, meydanı tərk etməli olub. O, yerini Slavuk Alxasova verib.

İkinci hissədə ən real qol vəziyyəti 81-ci dəqiqədə yaranıb. Qonaqların legioneri Kadi Borgesin yerinə yetirdiyi cərimə zərbəsindən sonra top dirəyə dəyərək, yerə düşüb. Baş hakim oyunu davam etdirib.

Bu qələbə sayəsində xalını 43-ə çatdıran “Qarabağ” liderliyini möhkəmlənib. Ağdam komandasının ehtiyatda bir oyunu da var. “Sabah” isə 23 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun açılış oyununda “Keşlə” səfərdə “Səbail”i 3:0 hesabı ilə yenib. Tura martın 13-də keçiriləcək “Qəbələ” – “Zirə” və “Neftçi” – “Sumqayıt” oyunları ilə yekun vurulacaq.

www.yenicag.az

443
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv