!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” son 3 mövsümün rekorduna imza atdı

!Reklam – Yazi

“Qarabağ” Misli Premyer Liqasında qollu oyunlar seriyasını 16-ya çatdırıb.

Yenicag.az xəbər verir ki, XXXI turda “Zirə”ni qəbul edən Qurban Qurbanovun yetirmələri 2:2 hesablı heç-heçəyə imza atıb.

XV turda məhz bu rəqiblə qolsuz heç-heçə etdikdən sonra Ağdam klubu hər qarşılaşmada qol sevinci yaşayıb. 16 oyunluq qol seriyası son üç mövsümün mütləq rekordudur. “Qarabağ” 2021-ci ildə ardıcıl 15 matçda rəqib qapısına yol tapan “Neftçi” və “Zirə”ni geridə qoyub.

Qeyd edək ki, sonuncu dəfə daha uzun qol seriyasına 2019-cu ildə təsadüf olunub. 2018/19 və 2019/20 mövsümlərini əhatə edən vaxtda ağdamlılar 17 matçda meydanı qolsuz tərk etməyib.

 

www.yenicag.az

312
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv