!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” “Sumqayıt”ı səfərdə darmadağın etdi

!Reklam – Yazi

Azərbaycan Premyer Liqasında XVI tura start verilib.

Yenicag.az xəbər verir ki, açılış oyunu Sumqayıtda keçirilib.

Şəhərin eyniadlı komandası “Qarabağ”ı qəbul edib. Görüş son çempionun böyükhesablı qələbəsi ilə yekunlaşıb – 6:1.

Qarşılaşmada hesabı 21-ci dəqiqədə Leandro Andrade açıb. 29-cu dəqiqədə çempionatın bombardiri Juninyo Olavio qol sayını artırıb. Cəmi 4 dəqiqə sonra bu dəfə Abdullah Zubir adını tabloya yazdırıb. İlk hissədə 3 dəfə mərkəzə dəvət edilən “gənclik şəhəri” təmsilçisi fasilə ərəfəsində Erik Sorqanın (43-cü dəqiqə) qolu sayəsində fərqi azaldıb.

Buna baxmayaraq, “Qarabağ” ikinci hissədə də üstünlüyünü davam etdirib. 58-ci dəqiqədə Yassin Benzia baxımlı qola imza atıb. 73-cü dəqiqədə Andrade dublunu rəsmiləşdirib. Matçda son nöqtəni isə 86-cı dəqiqədə Hamidu Keyta qoyub.

“Sumqayıt”ı səfərdə darmadağın edərək xallarının sayını 35-ə çatdıran “Qarabağ” liderliyini bir qədər də möhkəmlədib. “Kimyaçılar” isə 23 xalla üçüncü pillədə qalıb.

Qeyd edək ki, turun digər oyunları dekabrın 9-10-da keçiriləcək./Report/

www.yenicag.az

179
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv