!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” “Sumqayıt”la qarşılaşacaq

!Reklam – Yazi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında bir oyun keçiriləcək.

“Report”un məlumatına görə, “Qarabağ” XVI turdan təxirə salınmış matçda “Sumqayıt”ı qəbul edəcək. “Azersun Arena”dakı qarşılaşma saat 19:00-da başlayacaq.

Bu görüş vaxtından əvvəl çempionluğu təmin edən “köhlən atlar” üçün formal xarakter daşıyır. Ötən tur evdə “Şamaxı”nı məğlub etməklə Aleksey Baqanın rəhbərliyi altında ilk qələbəsini qazanan “gənclik şəhəri” təmsilçisi isə ən azı uduzmamağa çalışacaq. Hazırda Ağdam klubu 60 xalla 1-ci, “Sumqayıt” isə 18 xalla 7-ci pillədə qərarlaşıb.

İki kollektiv indiyədək ölkə çempionatında 38 dəfə qarşılaşıb. Bunların 28-də meydan sahibləri, 5-də qonaqlar qələbə qazanıblar. 5 oyunda qalib müəyyənləşməyib. Topların nisbətində də Qurban Qurbanovun baş məşqçi olduğu kollektivin böyük üstünlüyü var – 86:18.

“Qarabağ” 8 oyundur xalsız qalmır. “Sumqayıt” isə son üç matçda quru hesabla uduzub.

Azərbaycan Premyer Liqası

XVI turdan təxirə salınmış oyun

12 may (cümə axşamı)

19:00. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Elçin Məsiyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elman Musayev
“Azersun Arena”.

www.yenicag.az

311
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv