!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” “Tofiq Bəhramov”a qayıdır

!Reklam – Yazi

“Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb.

Yenicag.az xəbər verir ki, müraciətdə ev oyunlarının keçirildiyi “Azersun Arena”nın işıqlandırma sistemində nasazlıqlar yarandığına və təmirə ehtiyac duyulduğuna görə “Qarabağ” və “Qarabağ-2” komandalarının növbəti matçlarının yerinin dəyişdirilməsi xahiş olunub.

Mövcud vəziyyəti araşdıran Peşəkar Futbol Liqası “Qarabağ” klubunun ev oyunları ilə bağlı aşağıdakı qərarları qəbul edib:

– I Divizionun IX turunun “Qarabağ-2” – MOİK qarşılaşması 2 noyabr 2018-ci il saat 15:00 tarixində “Azersun Arena”da keçirilsin;
– Premyer Liqanın X turunun “Qarabağ” – “Sumqayıt” görüşü 3 noyabr 2018-ci il saat 19:00 tarixində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilsin.

www.yenicag.az

2258
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv