!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” “Turan Tovuz”a qalib gəldi

!Reklam – Yazi

Bu gün Azərbaycan Premyer Liqasında XXXV tura start verilib.

Yenicag.az xəbər verir ki, ilk oyun günü “Qarabağ” doğma meydanda “Turan Tovuz”u qəbul edib.

Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə başa çatıb – 4:3.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə hesabı “köhlən atlar”dan 19-cu dəqiqədə Juninyo açıb. 47-ci dəqiqədə Emmanuel Kahman “status-kvo”nu bərpa edib, 6 dəqiqə sonrasında isə Luis Paçunun qolu “Turan Tovuz”u hesabda önə çıxarıb. Bununla belə, 69-cu dəqiqədə Leandro Andrade yenidən hesaba tarazlıq gətirib. 75-ci dəqiqədə Matues Silva ağdamlıların üçüncü qolunun müəllifi olub. Final fitinə 5 dəqiqə qalmış E.Hakman qonaqların heyətində dubl edib. 90-cı dəqiqənin tamamında isə L.Andrade “Qarabağ”ın heyətində dubl müəllifi olub və oyunda yekun hesabı müəyyənləşdirib.

Çempionluğu vaxtından əvvəl təmin edən Qurban Qurbanovun komandası bu nəticənin ardından xallarını 82-yə yüksəldib. Tovuz klubu isə 45 xalda qalıb.

Qeyd edək ki, XXXV turun digər görüşləri mayın 18-də və 19-da gerçəkləşəcək./Report/

www.yenicag.az

165
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv