!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” üçün pley-off SINAĞI: “Rəqib çox təhlükəli, adi səhvdən yararlana bilən...”

!Reklam – Yazi

“Qarabağ”ın əsas məqsədi sərfəli nəticə ilə matçın taleyini Bakıda keçiriləcək cavab oyununa saxlamaq olacaq”.

Bu fikirləri UEFA Avropa Liqasının pley-off mərhələsində səfərdə Portuqaliyanın “Braqa” komandası ilə qarşılaşacaq “Qarabağ”ın şanslarını dəyərləndirən idman jurnalisti Sənan Şəfizadə Yenicag.az-a açıqlamasında deyib.

Onu sözlərinə görə, bu gün səfərdə baş tutacaq ilk oyunda “Qarabağ”ı çətin mübarizə gözləyir:

“Hazırda “Qarabağ”ın heyətində bir zədəli və bir cəzalı oyunçu var. Marko Veşoviç cəza səbəbindən oynaya bilməyəcək. Kevin Medina isə zədədən yeni xilas olsa da, hələ bərpa prosesindədir. Fikrimcə, onun meydana çıxması gözlənilmir.

Düşünürəm ki, çətin oyun olacaq. Lakin “Qarabağ” son illər səfərdə yaxşı oyunlar nümayiş etdirir. Xatırladım ki, “Qarabağ” bu turnirin 2017-18-ci il mövsümündə Portuqaliyanın başqa bir təmsilçisi – “Sportinq” komandasına 1-6 hesabı ilə məğlub olmuşdu. Fikrimcə, “Qarabağ” layiqli oyunu ilə “Sportinq”dən aldığı məğlubiyyətin qisasını almağa çalışacaq.

“Braqa”da itkilərin olmasına baxmayaraq, rəqibin heyəti çox zəngindir. Heyətində Portuqaliya millisinin Avropa çempionu olan təcrübəli oyunçuları var. Hesab edirəm ki, “Qarabağ”ın əsas məqsədi sərfəli nəticə ilə oyunun taleyini Bakıda keçiriləcək cavab matçına saxlamaq olacaq. “Braqa” isə Bakıda çox sayda azarkeş dəstəyi və “Qarabağ”ın təyziqi baxımından, onları çətin oyunun gözlədiyini yaxşı bilir. Ona görə də rəqib oyunun taleyini geniş ölçüdə evində həll etməyə çalışacaq.

İnanıram ki, “Qarabağ” iki oyununun nəticəsinə görə layiqli oyun nümayiş etdirərək növbəti mərhələyə vəsiqə qazanacaq. “Braqa” kimi komandalar adətən, ağır məğlubiyyət alsalar belə, tez bir zamanda növbəti oyuna köklənməyi yaxşı bacarır. Bu komanda müdafiədən dərhal hücuma keçməyi yaxşı bacarır.

Yəqin ki, “Braqa”nın baş məşqçisi komandanı azərkeşlərə qarşı sığortalamaq üçün yerli çempiontda “Sportinq”dən aldığı ağır məğlubiyyətin qisasını “Qarabağ”la oyunda çıxmaq istəyəcək. Rəqib çox təhlükəli, adi səhvdən istifadə edə bilən komandadır. İlk 20 dəqiqə rəqibin təyziqinə tab gətirə bilsək, oyun “Qarabağ” üçün yaxşı keçəcək. Komandaların şansını isə 50-50-yə qiymətləndirirəm”.

İsmayıl Bakuvi

www.yenicag.az

533
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv