!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” üçün TARİXİ MATÇ: “Səbrli olmaq və sırf sərfəli nəticə haqqında düşünmək...”

!Reklam – Yazi

“Rəqib ilk görüşdən sonra “Qarabağ”ın nəyə qadir olduğunu gördüyü üçün oyuna başqa “beyin”lə çıxacaq”.

Bu fikirləri UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” komandasını qəbul edəcək “Qarabağ”ın şanslarını dəyərləndirən idman jurnalisti Tural Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, turnirin miqyasını və səviyyəsdini nəzərə alaraq rahatlaşmaq olmaz:

“İlk görüşdəki üstünlük “Qarabağ”ın oyuna rahat çıxmağına şərait yaradacaq. Lakin turnirin miqyasını, pley-off mərhələsinin səviyyəsini nəzərə alsaq, arxayınlaşmaq olmaz. Qurban Qurbanovun da dediyi kimi, ilk görüşdəki nəticə hələ heç nəyi dəyişmir və həll etmir. İnanıram ki, Qurban Qurbanov komandanı məhz bu ruhda oyuna kökləyəcək.

“Braqa” çox güclü rəqib olaraq, hazırda Portuqaliyada ən yaxşı formada olan komandalardan biridir. Rəqib ilk görüşdən sonra “Qarabağ”ın nəyə qadir olduğunu gördüyü üçün oyuna başqa “beyin”lə çıxacaq. Ona görə də səbrli olmaq, sırf sərfəli nəticə haqqında düşünmək lazımdır.

Nəticədən asılı olmayaraq, bu mərhələni keçə bilsək, böyük uğur sayılacaq. İndidən arxayınlaşıb oyuna “biz mərhələ keçmişik” fikiri ilə yanaşsaq, böyük problemlər yarana bilər. Düşünürəm ki, Qurban Qurbanov cavab oyunlarına daha yaxşı hazırlaşır. O, ilk görüşdə də “Braqa”nı oxuyub öyrəndiyi üçün komandamızın bugünkü qarşılaşmada lazimi nəticə qazanmasını təmin edə biləcək”.

Veteran futbolçu Ceyhun Sultanov isə Yenicag.az-a açıqlamasında bildirib ki, “Qarabağı”ın əsas məqsədi ilk qolun buraxılmaması olmalıdır:

“Oyunun ağır keçəcəyini düşünürəm. “Braqa” qələbə qazanmaq, vəziyyəti öz xeyrinə dəyişmək üçün hər şeyi unudaraq hücüma aludə olacaq. İlk oyunda “Qarabağ”ın qələbəsi rəqibə çox pis təsir etdi. Cavab oyununda isə komandamız bu təyziqdən çıxa bilsə, yaxşı nəticə əldə edəcək.

Əsas məqam ilk qolun buraxılmamasıdır. Azərkeşlərimizin önündə “Qarabağ” daha da inamlı olmalıdır. Futbolun heç nədən qol buraxma kimi məqamları var. Fikrimcə, komanda diqqətli olmalı, müdafiədə az səhv etməlidir. “Qarabağ”a uğurlar arzulayıram”.

İsmayıl Bakuvi

www.yenicag.az

448
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv