!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağ Zəfəri İstanbulun fəthinə bərabər Zəfərdir

!Reklam – Yazi

İstanbulun fəthi 1453-cü il mayın 29-da 21 yaşlı Osmanlı Sultanı Fateh Mehmet (Sultan II Mehmet) və onun komandanlığında olan Yeniçəri Ordusu tərəfindən həyata keçirilib. 6 aprel 1453-cü ildə Osmanlı ordusu tərəfindən mühasirəyə alınan İstanbul 53 günlük mühasirədən sonra fəth edildi.

2020-ci ildə 44 günlük müharibə ilə Azərbaycan Respublikasının prezidenti, Ali baş Komandan və Azərbaycan ordusu İstanbuldan fərqli olaraq Qarabağı fəth etmədi, Qarabağımızı,tarixi torpaqlarımızı 30 ildən artıq bir müddətdə olan işğaldan azad etdi.

2023-cü ildə isə 23 saatlıq lokal xarakterli antiterror əməliyatları ilə Azərbaycan ordusu Xankəndini, Xocalını, Ağdərəni, Xocavəndi tamamilə erməni ordusundan və erməni terror qruplarından tamamilə təmizlədi.

Əgər 1453-cü ildə Sultanı Fateh Mehmet (Sultan II Mehmet) İstanbulu fəth etmək üçün Beşiktaş önlərində olan Osmanlı donanmasının Qalata divarları önündən qurudan yeridilərək Qızıl Buynuza endirilməklə həyata keçirdisə, 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin ordusu Füzuli istiqamətində 30 ildir ermənilərin qürurlandığı Ohanyan   səddini darmadağın edərək, ön xətti açdı və  8 noyabr tarixində Şuşaya qayaları əliyalın qalxaraq azad etdi.

İstanbulun fətindən bu günə kimi  xristian dünyası türklərə qarşı davamlı olaraq bir qisas içəriisndə olublar, davamlı türk dünyasını məhv etmək üçün müxtəlif planlar qurublar.

Necə ki,buna uzun illər nail oldular. Osmanlı dövlətin süquta yetirib, imperiyanı param-parça etdilər.

Azərbaycan dövlətini iki yeürə bölüb farsın və rusların əsarətinə verdilər. 70 il ərzində Azərbaycan torpaqları rus imperiyası tərəfindən qarış-qarış ermənilərə peşkəş edilib. Zəngəzur boyda böyük mahalımız Azərbaycanımızdan qoparıldı və Naxçıvan Azərbaycandan ayrı salındı.

Amma türk milləti bunları unutmadı, zamanın gəlişin, yaraların sağalmasın gözlədi. 1923-cü ildə Mustafa Kamal Paşa öndərliyində Türkiyə Cumhuriyyəti quruldu.
Düzdür 1918-ci ildə Azərbaycan Cumhuriyyəti qurulsa da, yalnız bir ildən bir qədər çox, cəmi 23 ay yaşaya bildi.

2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə , 23 saatlıq lokal xarakterli antiterror əməliyyatları ilə Ali Baş Komandan İlham Əliyev və onun qəhraman ordusu təkcə Qarabağda erməni vandaliziminə və işğalına son qoymadı, əsirlərdir torpaqlarımızı bizdən qoparan xristian dünyası üzərində Zəfər qazandı.

Türk dünyası durduqca türk tarixində bu zəfər hər zaman qürurla yazılacaq, qəhramanlarımızın keçdiyi odlu-alovlu yol tarix kitablarında qürurla qeyd ediləcək.

Bu gün Fransa və Almaniya, eyni zamanda bu iki ölkənin hegomoniyası altındakı Avropa Şurası Parlament Assambleyası Azərbaycanın üzərinə hücümların əsl məqsədi məhz budur.

Azərbaycan dövləti, onun Ali Baş Komandanı İlham Əliyev Qarabağı azad etməklə, xristian birliyinə İstanbulun fəthi qədər möhtəşəm bir zərbə vurub.

Bu gün AŞPA-sı rəsmilərinin səsləndirdiyi insan haqları,azadlıqların qorunması kimi və s. açıqlamalar sadəcə olaraq güzgünün görünən tərəfidir. Əsas bu qüvvələrin üzə çıxarmadıqları ermənilər timsalındakı məğlubiyyətləridir.

Bu gün bəlkə də bəziləri  üçün sadə görünə  bilər. Amma Qarabağımızın işğaldan azad olunması, Xankəndimizin erməni vandalizimindən təmizlənərək üç rəngli bayrağımızın dalğalanması qədər böyük Zəfər ola bilməzdi.

Biz fevral tarixində növbədənkənar prezident seçkilərinə gedirik.

Azərbaycan dövləti və xalqı olaraq 30 il sonra, ilk dəfə bütün Azərbaycan ərazilərini əhatə edəcək bu seçkilər mühüm əhəmiyyətə malikdi.

Hər bir Azərbaycan vətəndaşı üzərinə düşən tarixi məsuliyyətin nə qədər vacib olduğun dərk etməlidir.

Bu seçkilərdə iştirak edəcək hər bir seçki hüquqlu vətəndaşımız tarixə öz imzasını atmlış olacaq.

Heç bir kəsdə şübhə yoxdu ki, bütün islam aləminə və Türk dünyasında böyük Zəfəri bəxş edən Ali Baş Komandan İlham Əliyevə xalqımız sevə-sevə səs verəcək.

Yuxarıda qeyd etdiyim kimi, Azərbaycan türkünə bu böyük Zəfəri qazandıran liderimiz İlham Əliyev onsuz da 50 milyonluq Aqzərbaycan türkünün və bütövlükdə türk dünyasının qəlbində böyük taxt qurub.

Bu sevgi taxtını heç bir qüvvə xalqımızın qəlbindən ruhundan çıxara bilməz.

Biz 7 fevralda təkcə siyasi qərar vermirik, eyni zamanda İlham Əliyevə könül birliyimizi göstərmiş oluruq.

Nahid Canbaxışlı

www.yenicag.az

212
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv