!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Qarabağa gedən ilk maşında Paşinyan və Ohanyan olmalı idi" - Ermənilərin XAM XƏYALLARI

!Reklam – Yazi

“Qarabağa gedən ilk maşında Nikol Paşinyan və Seyran Ohanyan olmalı idi”.

Yenicag.az xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Xosrov Arutyunyan erməni mediasına müsahibəsində deyib. O bildirib ki, Sovet dönəmində – 1988 ci ildə ermənilər Qarabağa 150 yük maşını yardım göndərib.

“Qarabağ komitəsi” adlanan təşkilat maşınları yükləyib və kortejlə İrəvandan Xankəndiyə göndərib. Karvana rəhbərlik edən “Qarabağ komitəsi”nin üzvü Vano Siradeqyana Ermənistan SSR Nazirlər Sovetinin sədri Fadey Taçati Sarkisyan da qoşulub. Kolon Qarabağ sərhədinə çatıb və 150 sovet yük maşını Azərbaycan tərəfinin qurduğu səddi aşaraq, Xankəndiyə geçib.

“Belə bir hadisəni xatırlayıram, məncə 1988-ci və ya 1989-cu ildə olub, amma açıq-aşkar Qarabağ hərəkatı və iki dövlət arasında gərginlik səbəbindən yükdaşımalarda problemlər yaranıb. O vaxt Laçın dəhlizi, bizim bu gün dərk etdiyimiz kimi, əslində mövcud deyildi. Orada bir yol var idi, həm də çox bərbad vəziyyətdə, Laçın vasitəsilə Stepanakertə (Xankəndi – red.) getmək mümkün idi. Bəli, o zaman hökumət başçısı Fadey Sarkisyan öz təşəbbüsü ilə bu yüklərin lazımi həcmini formalaşdırıb və şəxsi xidməti avtomobilində karvanı müşayiət edib. Vano Siradeqyanın qoşulub-qoşulmadığını deyə bilmərəm, amma Qarabağ Komitəsinin bu təşəbbüsü dəstəkləməsi faktdır, olub”, – deyə Arutyunyan bildirib.

Erməni jurtnalistlər ondan soruşub ki, indiki iqtidar, yəni Nikol Paşinyan və müxalifət lideri Seyran Ohanyan iradə nümayiş etdirib, belə bir addım ata bilərmi?

“Qeyd edək ki, mən Ermənistan hakimiyyətinin nəinki Qarabağa humanitar yardım çatdırmaq, hətta bütövlükdə Qarabağın taleyi üçün məsuliyyəti öz üzərinə götürmək istəyini görmürəm”, – Xosrov Arutyunyan cavab verib.

“Qarabağ” təşkilat komitəsinin üzvlərindən biri Hrayr Ulubabyan başqa bir hadisəni xatırladıb: “1992-ci ildə bu yol bağlı olanda biz vertolyotla yük daşıyırdıq və vertolyotda yalnız bir neçə əsgər, onlara bir şey olarsa, atəş açmağa hazır idik. Biz Qarabağın müxtəlif icmalarına yardım aparırdıq. Yollar bağlanmışdı. Vəziyyət həqiqətən də buna bənzəyirdi, lakin o vaxt döyüş artıq başlamışdı. Özümüzü silahla müdafiə edirdik. Sonda qalib gəldik. Hesab edirəm ki, indi belə olmalıdır, amma nə hakimiyyət, nə partiyalar, nə də bu birliklər bu istiqamətdə fəallıq göstərmirlər. İndi zorla yolu açmaq olardı”.

P.S. Ermənilərin xəyalları Sovet dönəminə gedib ağıllarına və ağızlarına gələni tirajlayırlar. Unudurlar ki, indi Sover vaxtı deyil, Azərbaycan müstəqil və güclü dövlət olmaqla yanaşı, yenilməz ordusu var, sərhədləri də möhkəm qorunur. Xam xəyallara düşüb özlərini məhvə sürükləyirlər.

Məsimə

www.yenicag.az

858
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv