!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ“a transfer olunduğu gün bu 2 klubdan təklif aldı

!Reklam – Yazi

“Qarabağ”ın yeni transferi Andrey Lunyevi təklif göndərən iki klubun adı bəlli olub.

Yenicag.az xəbər verir ki, bu barədə futbolçunun agenti Anton Smirnov Rusiya mətbuatına bildirib. Onun sözlərinə görə, Belçikanın “Kortreyka” və İsrailin “Makkabi” klublarından təklif alıblar.

“Belçikalıların təklifi daha konkret idi. Biz bu təklifə baxa bilərdik. Amma belə iş görülmür. Həmin vaxt artıq “Qarabağ”la bütün razılıq əldə olunmuşdu” – deyə o qeyd edib.

Xatırladaq ki, avqustun 19-da “Qarabağ” rusiyalı 31 yaşlı qapıçı Andrey Lunyevlə 1+1 illik müqavilə imzaladığını açıqlayıb.

Lunyev karyerası ərzində “Torpedo”, “İstra”, “Kaluqa”, “Saturn Ramenskoye”, “Ufa”, “Zenit” komandalarında da oynayıb. O, son klubu “Bayer”də 2021-ci ildən çıxış edirdi və may ayında komandadan ayrılıb.

Andrey Rusiyanın əsas millisində 7 oyun keçirib.

 

www.yenicag.az

199
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv