!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağda BAŞ VERƏNLƏR: "Separatçılar Rusiyanın diqtəsi ilə..." - SİYASİ ŞƏRHÇİ

!Reklam – Yazi

“Söhbət təkcə separatçılardan gedirsə, Azərbaycan ordusuna çox vaxt lazım deyil”.

Bu fikri Qarabağda keçirilən aksiyalar, Arayik Arutyunyanın Azərbaycana bir həftə vaxt verməsini dəyərləndirən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında səsləndirib.

Qabil Hüseynli bildirib ki, Qarabağda baş verənlər Rusiyanın diqtəsi ilə həyata keçirilir:

“Arayik Arutyunyanın vaxt verməsi ciddi deyil. Hətta gülünc adlandırardım. Doğrudur, əgər onların arxasında Rusiya sülhməramalıları durursa, yaxud Rusiyanın 62-ci ordunun hansısa hissələrinə müəyyən tapşırıqlar verilibsə, məsələnin ciddiliyini qəbul etmək lazımdır. Söhbət təkcə separatçılardan gedirsə, Azərbaycan Ordusuna çox vaxt lazım deyil. Qısa müddətdə bunu ram edə bilər. Ortada Rusiya faktoru var. Məsələ Azərbaycanın nəzarəti altındadır. Üstəlik Şuşa Bəyənnaməsinə uyğun olaraq Türkiyənin də müdaxiləsi gündəmdədir”.

Səxavət Məmməd

www.yenicag.az

582
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv