!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağda fəallaşan ermənilər: "Rusiya göstəriş verib ki, atəşkəsi tez-tez pozun" - Politoloqdan İDDİA

!Reklam – Yazi

“Azərbaycan tərəfi Qarabağda ermənilərin yaşadığı istiqamətdə Azərbaycan himnini, azan, uvertüra səsləndirir. Bu, psixoloji təsir vasitəsidir. Ermənilər də buna əsəbləşirlər. Bu bir hazırlığın da göstəricisidir. Müəyyən vaxt yetişəndə, münasibətlər normallaşanda bu səsləri eşitmək istəməyən ermənilər mülklərini satıb, köçüb gedəcəklər”.

Bunu Ukrayna-Rusiya müharibəsi fonunda Qarabağda əməliyyatların keçirilmə ehtimalını və Azərbaycanın qarşı tərəfə psixoloji təzyiqini şərh edən politloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, indiki məqamda Qarabağda hansısa hərbi əməliyyatların keçirilməsi inandırıcı deyil:

“Dünyada hər şey baş verir. Gözləmirdik ki, Qarabağda müharibə olacaq. Ancaq müharibə oldu və Azərbaycan işğal altındakı torpaqlarının 75 fazini azad etdi. İndi də, demək olar ki, hər şey mümkündür. Sadəcə vəziyyəti təhlil edəndə görürük ki, hər hansısa hərbi əməliyyat üçün zəmin var? Bu zəmini görümürəm. Rusiya “sülhməramlıları”nı Qarabağa yerləşdirib, Qarabağın şimal hissəsini nəzarətə götürüb. Bunun və Ermənistandakı 5 minlik qoşunu vasitəsi ilə həmin ölkəyə nəzarət edir. Ermənistandakı müxalifətin 25 faizi də Rusiyanın əmri ilə oturub-durur. Rusiya bundan əlavə, Azərbaycan siyasi hakimiyyəti ilə də dil tapa bilib. Düzdür, arada ziddiyətlər var, ancaq bu o qədər də dərin deyil. Rusiya Ukraynada müharibə aparır, ölkə iqtisadi sanksiyalarla sıxılır. Belə bir şəraitdə Qafqazda, hansısa dəyişikliyə ehtiyac var? Ona görə də Rusiya göstəriş verib ki, Cənubi Qafqazda qaldıqlarını göstərmək üçün atəşi tez-tez pozun. Atəşkəs davamlı olaraq pozulur. Bütün dünyaya göstərirlər ki, Rusiya sülhməramlıları olmasaydı,  Azərbaycanla Ermənistan bir-birilərini qırardılar. Vəziyyətin dəyişməsində Rusiya özü də maraqlı deyil”.

Səxavət Məmməd

www.yenicag.az

924
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv