!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağda gərginləşən VƏZİYYƏT: "Azərbaycan öz təhlükəsizliyi naminə Ermənistanı növbəti dəfə..."

!Reklam – Yazi

“Gərginlik hər an aktiv fazaya keçmək potensialını özündə saxlayır. Vəziyyət daha da pisləşməyə doğru gedə bilər”.

Bu fikirləri Qarabağda getdikcə gərginləşən vəziyyət fonunda yaxın perspektivdə müşahidə olunacaq proseslərdən danışan politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Ermənistanı qızışdıran xarici güc faktorları Azərbaycana qarşı aqressiyanın artırılmasında aktiv rol oynayırlar:

“Ölkəmizə qarşı çoxsaylı təxribatların həyata keçirilməsi vəziyyətin nə qədər dözülməz və gərgin olduğunu göstərir. İstənilən halda, Ermənistan hakimiyyəti hazırda Azərbaycanla sülh imkanlarını yerinə yetirəcək vəziyyətdə deyil. Ona görə də hər bir vasitədən istifadə edərək Azərbaycanın ərazi bütövlüyünü təhdid etməyə davam edir.
Ermənistan ciddi şəkildə bölgədə gərginləşdirici faktor kimi xarici güc mərkəzlərinin oyuncağı rolunu davam etdirir. Belə olan halda, həm sərhədlərin delimitasiya və demarkasiyası, həm Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi ilə bağlı yekun addım, təəssüf ki, atıla bilmir. Yaranan gərgin vəziyyətin ən böyük günahkarı birmənalı şəkildə məhz hazırkı Ermənistan hakimiyyətidir.

Gərginlik hər an aktiv fazaya keçmək potensialını özündə saxlayır. Vəziyyət daha da pisləşməyə doğru gedə bilər. Azərbaycan öz təhlükəsizliyi naminə Ermənistanı növbəti dəfə cəzalandırmaq hüququnu özündə saxlayır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

559
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv