!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağda gərginləşən vəziyyət: "Onlar ancaq müharibə ilə gündəmdə ola bilərlər" - RƏY

!Reklam – Yazi

“Qarabağda olan terrorçuların hamısı həbs edilməli və qanun qarşısına çıxarılmalıdır”.

Bunu Qarabağda gərginləşən vəziyyət, sülhməramlıların davranışı, hər iki tərəfin aksiyalar təşkil etməsi barədə danışan hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında səsləndirib.

Tərlan Eyvazov hazırda olan hadisələri ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəlində baş verən proseslərə bənzədib:

“Hadisələr yenidən 90-cı illərin əvvəlinə bənzəməyə başlayıb. Yenidən qanın axıdılmasına, Azərbaycanı dünyada pis qələmə verməyə çalışırlar. Bu keçilmiş etapdır. Tərəflər bir-birilərinə güc göstərmək istəmirlər. Hələki siyasi gedişlər etmək niyyətindədilər. Əvvəlki vaxtlara nisbətdə keçmiş Dağlıq Qarabağın əhalisi azdır. Ermənistanın vəziyyəti əvvələ nisbətən çox zəifdir. Azərbaycan ordusu güclüdür, əhalisinin sayı çoxdur və iqtisadi baxımdan Ermənistandan çox öndəyik. Hər bir halda düşünürəm ki, yenidən prosesləri müharibə müstəvisinə gətirmək olmaz. Qazancımız göz önündədir, qələbəni qorumalıyıq.

Ermənistanın əvvəlki vəziyyətinə düşmək olmaz. O vaxt Ermənistan elə bir siyasət yeritdi ki, BMT 4 qətnamə qəbul etdi. Düzdür, o qətnamələr ancaq kağız üzərində qaldı. Hər halda BMT Ermənistanı işğalçı kimi tanıdı.

Azərbaycanın Qarabağda yaşayan ermənilərə qarşı güc göstərməyi vəziyyəti bizim əksimizə dəyişə bilər. 90-cı illərdə də Qarabağdakı mədənləri Azərbaycan özünə tabe etməyə çalışırdı. Bəzən buna nail olurduq, bəzən alınmırdı. Düşünürəm ki, qarşıdurmaların böyüyüb müharibəyə çevrilməsinin qarşısını almaqdan ötəri Azərbaycan tərəfinin hər cür imkanları var. Orada yaşayan erməni əhali də müharibə istəmir. Mütləq şəkildə daxildən kontaktlar tapılmalıdır. İstər Ermənistanda hakimiyyətə gəlmək istəyənlər, istərsə də Qarabağda olan qondarma rejimin nümayəndələri ancaq müharibə ilə gündəmdə ola bilərlər. Bu müharibənin olması, qızışdırılması heç bir tərəfə xeyir gətirməyəcək. Orada siyasət və diplomatiya işə düşməlidir. Təcili olaraq Rusiyaya siyasi təzyiq göstərilməlidir. Orada olan terrorçuların hamısı həbs edilməli və qanun qarşısına çıxarılmalıdır.

Laçın dəhlizinə Azərbaycan tərəfi nəzarəti ələ almalıdır. Orada rus, türk və Azərbaycan daxil olmaqla müştərək postların qurulması vacibdir. Azərbaycan göstərməlidir ki, daşınan yüklərin və orda yaşayan erməni əhalisinin təhlükəsizliyini düşünür. Mitinqlərin qarşılıqlı şəkildə olması Ağdam və Xankəndi arasında qarşılıqlı mitinqlərin keçirilməsini xatırladır. Bu mitinqlər nələrə gətirib çıxardı, bunu hər kəs bilir. Başqa yollar tapılmalıdır. Erməni əhalisinin Azərbaycana tabe olmasını təmin etmək üçün bütün imkanlar var və bunlar səfərbər olmalıdır”.

Səxavət Məmməd

www.yenicag.az

578
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv