!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağda işləyən macar şirkətlərinə 120 milyon kredit ayrıldı

!Reklam – Yazi

“2022-ci ilin 8 ayında Azərbaycan və Macarıstanın ticarət dövriyyəsi 9.2% artıb və əsas hədəf əlaqələrin daha da genişlənməsidir”.

Yenicag.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayevlə Macarıstanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Tamaş Tormanın tanışlıq görüşündə deyilib.

Nazir Qarabağda quruculuq işlərinə cəlb olunacaq macar şirkətləri üçün Macarıstanın “EximBank”ının 120 milyon ABŞ dolları kredit xətti, azad edilmiş ərazilərin minalardan təmizlənməsi işinə Macarıstan tərəfinin 25 min avro qrant ayırmasının dostluq münasibətlərini bir daha ifadə etdiyini bildirib. O, macar biznes dairələrinin də Ələt Azad İqtisadi Zonasında reallaşacaq layihələrdə iştirakda maraqlı ola biləcəyini deyib.

www.yenicag.az

342
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv