!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağda keçiriləcək mümkün antiterror əməliyyatı: "Avropa İttifaqının Ermənistandakı missiyasının qərargahı..."

!Reklam – Yazi

“Gələcək təzyiqlərə hazırlıqlı olmaq şərtilə indiki məqamda antiterror əməliyyatlarının tam zamanıdır”.

Bu fikri Qarabağdakı hərbi gərginliyi dəyərləndirən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elxan Şıxəliyev bildirib ki, Ermənistan həmişəki kimi vaxtı uzatmağa çalışır:

“Hərbi gərginliyin nədən başlandığını görmək üçün siyasətçilər reallıqları təklif edib nəticələrini görməlidirlər.

İndi o proses gedir ki, Azərbaycan tərəfi beynəlxalq ictimaiyyətə, Ermənistana sülh paketi, Qarabağdakı ermənilərə isə görüşlər təklif edir, ancaq onlar qəbul etmirlər. Sabah Azərbaycan tərəfinin keçirəcəyi antiterror əməliyyatının səbəbini beynəlxalq ictimaiyyət araşdıranda bu məsələlərə diqqət edəcək. Səbəbə gedən yolun sonundayıq. Ermənistan siyasilərin dili ilə təkliflərimizin qəbulunu zamana buraxmaq istəyir. Ermənistana verilən hər təklif altı ay sonra qəbul olunmadan Azərbaycana qayıdır. Belə olan halda, zaman baxımında qazanan Ermənistandır.

Avropa missiyasının Ermənistana gəlməsi qarşı tərəfə xidmət etdi. Ermənistan düşünür ki, vəziyyəti uzatdığı halda, öz ölkələrində nail olduqlarına Qarabağda da nail ola bilərlər. Qarabağda buna nail olmaq mesajlarını Ermənistan Avropadan alır. Avropa İttifaqının Ermənistandakı missiyasının qərargahı bunu planlayır. Erməni tərəfi də bilir ki, bu yaxın zamanda baş tutan məsələ deyil. Rusiya-Ukrayna müharibəsinin fonunda ruslar məğlub olub, NATO-nun şərtlərini qəbul edib Qarabağdan çəkilsə, necə ki sovetlər dağılanda bu proses baş verdi, Qarabağda kimin mövcud olacağının indidən toxumunu əkirlər.

Düşünürəm ki, vaxt əleyhimizə işləyir. Əgər onlar buna Ermənistanda nail oldularsa, vaxtın uzanması ilə Qarabağda da istədiklərinə çata bilərlər. Bütün bunlar da Azərbaycana siyasi təzyiqə çevrilir. Növbəti mərhələdə ermənilər düşünürlər ki, Qarabağda bir konflikt yaratsınlar, Azərbaycan ordusuna səbəb versinlər.

Azərbaycanın indiki mərhələdə antiterror əməliyyatı keçirməsinə qərar verməməsinin əsas səbəbi separatçıların mövqelərə mülki formada erməniləri çıxarmasıdır. Azərbaycan hərbi əməliyyat keçirərkən siyasi baxımdan nə qazanar, nə itərərə baxır. Əgər belə bir əməliyyat həyata keçirilsə və mülkilər ölsə, beynəxlalq ictimaiyyət tərəfindən ciddi təsir olacaq. Bu, 44 günlük müharibədə əldə olunan zəfərə də kölgə sala bilər.

İndiki məqamda antiterror əməliyyatlarının tam zamanıdır. Ancaq gələcək təzyiqlərə hazırlıqlı olmaq şərtilə. Əgər təzyiqlərə hazır olmayacağıqsa, yumşaq gücün təsir mexanizmlərinə davam etmək lazımdır”.

Səxavət Məmməd

www.yenicag.az

422
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv