!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağda lokal hərbi əməliyyatlar mümkündür? - "Bu məsələlər həllini tapmasa..." - ŞƏRH

!Reklam – Yazi

“Qarabağdakı məsələlər nizama salınmasa və maneələr yaradılsa, mart ayından başlayaraq Azərbaycanın lokal xarakterli əməliyyatlara başlaması kifayət qədər real görüntü ala bilər”.

Bu sözləri Qarabağda gözlənilən dəyişikliklər və Azərbaycan tərəfinin atacağı addımları şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, əvvəl diplomatiya ilə məsələ həll edilməyə çalışılmalıdır, əgər alınmasa, o zaman güc dövriyyəyə girə bilər:

“Bu il Qarabağ problemi yönündə diplomatik səylərin artırılmasını gözləyirəm. Bu ən azından mart və aprel aylarına qədər davam edəcək bir vaxt ala bilər. Söhbət Xankəndi üzərində nəzarətin təmin edilməsi, oradakı separatçılar xaric erməni icması ilə əlaqələrin qurulması, bu istiqamətdə lazımı addmlar atılır və yeni addımların atılması, Xankəndinin və digər bölgələrin Azərbaycan məhsulları ilə təmini və bu məhsulların ödənişinin manatla həyata keçirilməsi məsələsinin razılaşdırılması, həmin bölgəyə gedən elektrik, qaz, işığın Azərbaycan tərəfindən təmin edilməsi, burada da ödənişlərin Azərbaycan manatı ilə həyata keçirilməsindən gedir.

Nəticə etibarı ilə Qarabağda müxtəlif ölkələrin layihəsi olan şəxslər – Ruben Vardanyan və Arayik Arutyunyanın, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsi həyata keçməlidir.

Bu məsələlər nizama salınmasa və maneələr yaradılsa, mart ayından başlayaraq Azərbaycanın lokal xarakterli əməliyyatlara başlaması kifayət qədər real görüntü ala bilər. İlk öncə diplomatiya, sonra isə lokal hərbi əməliyyatlar başlaya bilər”.

Səxavət Məmməd

www.yenicag.az

471
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv