!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağda məskunlaşmanın YENİ MƏRHƏLƏSİ: “Digər bölgələrimizin sakinlərinin də...”

!Reklam – Yazi

“Azad olunan ərazilərdə əhalinin məskunlaşması həm iqtisadi yüksəliş, həm də təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətli faktordur”.

Bu fikirləri ölkənin digər bölgələrinin sakinləri arasında da işğaldan azad olunan ərazilərə köçmək istəyənlərin sayının artmasına münasibət bildirən Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, Qarabağa köçmək istəyənlər arasında məcburi köçkünlərlə yanaşı, başqa bölgələrimizdəki vətəndaşlarımızın da sayının çox olması sevindirici haldır:

“Çünki vaxtilə işğal altında olan bir çox ərazilərimizdə erməni təcavüzü nəticəsində daş üstə daş qalmamışdı. Azərbaycan öz gücünə azad etdiyi torpaqlarda həyatı, yaşamı sürətlə bərpa etməkdədir. İnsanların o ərazilərdə rahat yaşaması üçün infrastruktur yenidən qurulur.

Zəngilan rayonu Ağalı kəndinin timsalında Qarabağda artıq ilk yaşayış məskəni salınıb. Bu zaman “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasına istinad olundu. Atılan addım isə dünya miqyasında ilklərdən biri sayılır.

Qarabağda bərpa-quruculuq işlərinin, yol infrastrukturunun, hava limanlarının tikilməsi, insanların dədə-baba yurdlarına qaytıması üçün görülən işlər Azərbaycanın əzminin və iradəsinin gösətiricisidir.

Qarabağa köçmək istəyənlər arasında məcburi köçkünlərlə yanaşı, başqa bölgələrimizdəki vətəndaşlarımızın da sayının çox olması sevindirici haldır. Bu, ilk növbədə, Qarabağda insanların rahat şəkildə yaşaması üçün ən üst səviyyədə şəraitin yaradılmasından xəbər verir.

Prezident İlham Əliyev: “Qarabağı dünyanın ən yaxşı yaşayış məskənlərindən birinə çevirəcəyik”, – deyə bildirmişdi. Dövlət başçısı hər zaman olduğu kimi, bu dediyini də gerçəkləşdirdi.

O baxımdan, hər bir azərbaycanlının Qarabağda yaşamaq istəyi çox böyükdür. Azad olunan ərazilərdə əhalinin məskunlaşması həm iqtisadi yüksəliş, həm də təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətli faktordur. Soydaşlarımızın sistemli şəkildə azad olunan ərazilərə köçürülməsi ölkədə sosial-iqtisadi rifahın, demoqrafik vəziyyətin yüksəlməsində özünü tezliklə büruzə verəcək”.

Nəsimi Ələsgərli

www.yenicag.az

629
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv