!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qarabağda mülki əhaliyə qarşı zorakılıq olmayıb” - BMT

!Reklam – Yazi

BMT Qarabağa gedən nümayəndə heyətinin Ermənistanın mülki əhalisinə qarşı zorakılığa dair heç bir sübut tapmadığını və bölgədəki mülki infrastrukturun hədəfə alınmadığını bildirib.

Yenicag.az xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Düjarrik jurnalistlərə açıqlaması zamanı bildirib.

O, Azərbaycan hökumətinin dəvəti ilə həftəsonu BMT nümayəndə heyətinin Qarabağ bölgəsinə səfəri barədə məlumat verib.

Nümayəndə heyətinin regionda humanitar ehtiyacları müəyyən etməyə çalışdığını bildirən Düjarrik qeyd edib ki, nümayəndə heyətinin tərkibinə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT-nin Uşaq Fondu (UNİCEF), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) daxil olub.

Düjarrik nümayəndə heyətinin Laçın və Xankəndi şəhərindəki sərhəd-keçid məntəqəsinə baxış keçirdiyini söyləyib.

“Nümayəndə heyəti erməni mülki şəxslərə qarşı zorakılıq faktı aşkar etmədiklərini və bölgədəki mülki infrastrukturların hədəf alınmadığını bildirdi”, – deyə o qeyd edib.

Xəstəxanaların, məktəblərin, evlərin, dini və mədəniyyət mərkəzlərinin hədəfə alınmadığını və Azərbaycan hökumətinin yenidən səhiyyə xidmətlərinin fasiləsiz təmin edilməsi üçün səylərə başladığını bildirən Düjarrik, kənd təsərrüfatı sahələrinə və heyvanlara zərər verilmədiyinin müşahidə olunduğunu qeyd edib.

Düjarrik bildirib ki, nümayəndə heyəti regiondakı erməni icmasının nümayəndələri ilə də görüşüb.

Bölgədə etimadın bərpasının vacibliyini vurğulayan Düjarrik bunun üçün bütün tərəflərin səy göstərməli olduğunu vurğulayıb.

www.yenicag.az

196
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv