!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Qarabağda Putinin şəklini asıb, “Sağ ol, Rusiya” yazırdılar, hər şey bir gündə dəyişdi" - Simonyan

!Reklam – Yazi

“Qarabağda Putinin şəklini asıb, “Sağ ol, Rusiya” yazırdılar, amma bütün bunlar bir gündə dəyişdi”. 

Yenicag.az xəbər verir ki, bunu dekabrın 22-də parlamentdə jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

O, “Lavrovun İrəvana gəlib, sonra Bakıya getməsindən sonra Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşma baş verməsindən hansı nəticəyə gəlmək olar?” sualına cavab verib. Yəni Rusiya tərəfinin müharibəyə təhrik edib-etmədiyinə əmin olmaq istəyiblər.

“İndi siz parlament sədrinin qonşu dövlətə qarşı ittihamlar səsləndirməsini gözləyirsiniz? Mən belə bir açıqlama verməyəcəyəm. Düşünürəm ki, Ermənistan ictimaiyyəti və Qarabağ əhalisi reallığı yaxşı bilir. Qarabağda baş verənlər yadınızdadır: Z hərfi yazıb, Putinin şəklini asırdılar, “Təşəkkür edirəm, Rusiya” yazırdılar.

Bütün bunlar bir gündə dəyişdi. Və biz rus sülhməramlılarının hərəkətsizliyini, onların erməni əhalisini Qarabağdan çıxarmasını gördük. Hesab edirəm ki, konkret, birbaşa bəyanatlar verməyə ehtiyac yoxdur”, – Simonyan bildirib.

Ermənistanın baş naziri Nikol Paşinyan niyə daim bunu xatırladır sualına parlamentin spikeri belə cavab verib:

“Bütün bunların guya bir il əvvəl Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdiyi zaman baş verdiyini hər zaman eşitmək çətindir. Yəni bir məqam tapıblar, davamlı olaraq ondan danışırlar ki, reallığa çevrilsin, amma reallığa çevrilməyəcək”.

Lakin Simonyanın fikrincə, Rusiya hazırda müttəfiq dövlətidir.

“Biz o istiqamətdə işləyirik ki, müttəfiq nə vaxtsa ən azı öz öhdəliklərini yerinə yetirməyə başlasın”, – o, fikrini yekunlaşdırıb.

Xuraman Etibarlı

www.yenicag.az

158
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv