!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qarabağda qanunsuz hərbi birləşmələr bunun olmasından qorxur” - ŞƏRH

!Reklam – Yazi

“Qarabağda qanunsuz fəaliyyət göstərən terrorçuların canına təminatın necə olacağı ilə bağlı qorxu düşüb. Qəti olaraq, onlar tam silahlaşsızlaşdırılıb ərazilərimizdən çıxarılmalıdır”.

Bunu Laçında yaradılan nəzarət-buraxılış məntəqəsi səbəbindən spearatçı rejimin hərbi birləşmələrində yaranan təminat sıxıntısının onlara təsirindən danışan politoloq Elşad Həsənov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, regionda baş verən proseslər birdən-birə olmadı:

“Daha öncə Prezident İlham Əliyev verdiyi açıqlamada Qarabağa daşınan silah-sursatın qarşısının alınması üçün nəzarət-buraxılış məntəqəsinin yaradılmasının vacib olduğunu vurğulamışdı. Laçında nəzarət-buraxılış məntəqəsinin yaradılması üçün addım-addım gəldik. Alternativ torpaq yollar nəzarətə alınandan sonra növbəti hədəf bu idi.

Bu hadisədən narahat olan ermənilər artıq bir çox yerlərə müraciət edib. Məsələnin BMT-də, ABŞ Konqresində qaldırılmasını istəyirlər. Lakin Laçın Azərbaycan ərazisidir. Burada edəcəyimiz hər hansı dəyişikliyə heç kəs söz deyə bilməz. Əleyhimizə qərar qəbul olunsa belə, bu, kağız parçası olaraq qalacaq.

Nəzarət-buraxılış məntəqəsini aprelin 22-si Ermənistan öz ərazisində açdıqdan sonra Azərbaycan Laçında öz postunu qurdu. Lakin bir daha xatırlatmaq istəyirəm ki, Prezident İlham Əliyev nəzarət-buraxılış məntəqəsinin vacibliyini hələ fevral ayında demişdi. Sadəcə olaraq, Qarabağda qanunsuz fəaliyyət göstərən terrorçuların canına təminatın necə olacağı ilə bağlı qorxu düşüb. Qəti olaraq, onlar tam silahlaşsızlaşdırılıb ərazilərimizdən çıxarılmalıdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

354
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv