!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qarabağda “seçkilər” təxribat idi” – Keçmiş İran səfiri

!Reklam – Yazi

Qarabağda “seçkilər”in keçirilməsi tamamilə təxribat xarakterli bir hərəkət idi. Dünyanın heç bir ölkəsi Qarabağı müstəqil dövlət kimi tanımayıb və Qarabağın müstəqil olması coğrafi və beynəlxalq münasibətlərin dəyişdirilməsi demək olardı.

Yenicag.az Jam-e Jam Online-a istinadla xəbər verir ki, bunu İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin deyib.

O, Cənubi Qafqazda baş verən son prosesləri təhlil edib:

“Qafqazda bir neçə həftə əvvələ qədər işlər müsbət istiqamətdə gedirdi və iki ölkə – AZərbaycan və Ermənistan arasında danışıqların davamı gözlənilirdi. Təəssüf ki, bir sıra mühüm hadisələr danışıqların müsbət axarına zərər vurdu”.

Keçmiş diplomat əlavə edib: “Bu hadisələrdən biri Qarabağda “seçkilər”in keçirilməsi idi və bu, tamamilə təxribat xarakterli bir hərəkət idi. Dünyanın heç bir ölkəsi Qarabağı müstəqil dövlət kimi tanımayıb və Qarabağın müstəqilliyi coğrafi və beynəlxalq münasibətlərin dəyişdirilməsi demək olardı.

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhədin dəyişdirilməsi ehtimalı da xoşagəlməz bir hərəkət olardı və bu, ümumən sülh yaratma prosesinə ziddir”.

İranlı diplomat vurğulayıb: “Paşinyanın sözləri onun hərəkətləri ilə uyğun gəlmir. Ermənistanın ABŞ və Avropa ilə hərbi təlim keçirmək istəyi, şübhəsiz, Qafqazda Avropa, Amerika və Rusiya arasında yeni qarşıdurma yaradacaq və region yenidən təhlükəsizlik problemi ilə üzləşəcək”.

M. Pakayin bildirib: “Ümumiyyətlə, bu iki hərəkət göstərir ki, Ermənistanın iddialarına baxmayaraq, sülh yolunda konstruktiv addım atmağa can atmır. O, qəti şəkildə Qarabağda keçirilən “seçkilər”ə qarşı çıxmalı və hərbi təlimləri dayandırmalıdır”.

Pakayin deyib: “İran Qarabağın Azərbaycanın suverenliyi altında olduğunu dəstəkləyirlər, çünki Qarabağ Azərbaycanın ərazisinin bir hissəsidir. Danışıqlar zamanı Ermənistandan lazımi təminatlar alınmalı və Rusiya bu məsələyə nəzarət etməlidir.

İran regionun nüfuzlu aktoru kimi region ölkələri ilə danışıqlar prosesinə qoşulmalı və müharibə kölgəsinin Qafqazın üzərinə düşməsinə imkan verməməlidir”.

www.yenicag.az

191
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv