!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağda separatçıların hərbi təlimi: "Azərbaycanın mərhələli şəkildə hədəflərinə nail olduğunu..."

!Reklam – Yazi

“Hərbiləşdirilmiş strukturlara gələcəkdə potensial namizədlərin ilkin variantının hazırlanması üzərinə məşqlər keçirilir. Namizədlər isə orta məktəbin 8-9-cu sinif şagirdləridirlər. Məqsəd isə yalnız və yalnız səfərbərlik ehtiyatlarının artırılmasıdır”.

Bunu Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri tərəfindən hərbi təlim keçirilməsi barədə danışan hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

O, Qarabağda separatçı rejimin 10 minə yaxın əlisilahlı qanunsuz hərbçisinin olduğunu bildirib:

“İndiki halda separatçı rejimin keçirdiyi təlimlər məktəblilərin hərbi xidmətə hazır edilməsi yönündədir. Hərbiləşdirilmiş strukturlara gələcəkdə potensial namizədlərin ilkin variantının hazırlanması üzərinə məşqlər keçirilir. Namizədlər isə orta məktəbin 8-9-cu sinif şagirdləridirlər. Məqsəd isə yalnız və yalnız səfərbərlik ehtiyatlarının artırılmasıdır.

Qeyri-qanuni birləşmələrin əgər Azərbaycana qarşı hər hansı planı varsa, nə qədər təlim keçsələr də, heç bir məqsədlərinə nail ola bilməyəcəklər. Çünki 10 min nəfərlik hərbçiləri ilə 360 dərəcəlik perimetrdə təmas vəziyyətində olan Azərbaycan ordusu var. Bu şəraitdə nə edə bilərlər?

Atdıqları addım sadəcə olaraq daxili auditoriyaya hesablanıb. Bəzi ictimai təşkilatlar adından oliqarxlar diasporunun pullarının silinməsi üzərinə həyata keçirilən tədbirlərdir. Hazırda nə Ermənistanın, nə də qanunsuz hərbi birləşmələrin Azərbaycan Silahlı Qüvvələrinə qarşı heç bir əməliyyat keçirməyə gücləri var. Uzun müddətdə bu coğrafiyada mövcudluqlarını da qoruya bilməyəcəklərini dərk etməlidirlər. Dərk etməyəcəkləri təqdirdə, Azərbaycanın mərhələli şəkildə hədəflərinə nail olduğunu unutmamalıdırlar”.

Nəsimi Ələsgərli

www.yenicag.az

411
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv