!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağda təhlükəsizlik TƏDBİRLƏRİ: "Xankəndi və digər rayonlarda komendant xidməti təşkil olunacaq"

!Reklam – Yazi

“Təxribat baş verməsin deyə komendant xidməti mütləq təşkil olunacaq”.

Bu sözləri məsələnin hərbi yönünün bitməsi, bundan sonra ərazidə təşkil olunacaq xidməti dəyərləndirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Polisinin keçmiş rəisi, ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında səsləndirib.

Rövşən Məhərrəmov bildirib ki, keçmiş Dağlıq Qarabağda komendant xidməti təşkil olunacaq:

“Qarabağın dağlıq hissəsində antitteror əməliyyatı keçirildi. Separatçılar təslim oldular. Bundan sonra Xankəndi və digər rayonlarda komendant xidməti təşkil olunmalıdır. Əhalinin özündə də silah ola bilər. Təxribat baş tutmasın deyə komendant xidməti mütləq təşkil olunacaq. Komendant xidmətinin təşkil olunması üçün şəhər və rayonların müəyyən yerlərində postlar qurulacaq. Müəyyən ərazilərdə isə patrul xidməti olacaq. Bu xidmət ola bilsin sülhməramlı kontingentlə birgə təşkil edilsin. Azərbaycanın icra orqanları orada fəaliyyətə başlayandan sonra onların təhlükəsizliyini qorumaq da vacibdir. Separatçıları dəstəkləyən insanlar ola bilər. Onlar terror aktı törədə bilərlər.

Uzun illərdir düşmənçilik münasibətləri var. Ona görə də orada görüləcək işlər çətin eyni zamanda məsuliyyətli olacaq. Orada fəaliyyət göstərənlərin təhlükəsizliyinə ciddi önəm verilməlidir.

Hesab edirəm ki, rayonlara komendantlar təyin ediləcək. Komendantlar vasitəsi ilə bir çox məsələlər həll olunacaq.

Azərbaycan orada yaşayan əhaliyə silahların təhvil verilməsi ilə bağlı çağırışlar edir. Onlar silahları təhvil versə, heç bir məsuliyyətə cəlb olunmayacaqlar, ancaq silahları patrul xidmətləri aşkarlasa, bu, məsuliyyət yaradacaq”.

Səxavət Məmməd

www.yenicag.az

694
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv