!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağda tikilən məktəb sayı açıqlandı

!Reklam – Yazi

“Laçında 2 nömrəli və Laçın-Zabux məktəbinin əsaslı təmir işlərinə başlanıb”.

Yenicag.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin təsərrüfathesablı əsaslı tikinti və təchizat idarəsinin rəis müavini Fərhan Əliyev bildirib.

Onun sözlərinə görə, Ağalı kənd məktəbindən əlavə olaraq 2022-ci ildə Tərtər rayonu, Suqovuşan kənd məktəbi əsaslı təmirdən sonra hazırlanıb:

“Hələ istismara verilməyib, amma açılışa hazırdır. Şuşada 1 nömrəli və Ağdam şəhərlərində 1 nömrəli 960 yerlik məktəblər tikilir. Hər ikisinin bu ilin sentyabrında təhvil verilməsi gözlənilir”.

O əlavə edib ki, Füzuli, Cəbrayılda və Zəngilanda 960 yerlik məktəblər tikilir:

“Şuşa Real Məktəbinin layihələndirmə işləri I aparılır”.

www.yenicag.az

234
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv