!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Qarabağda yaşayan əhalini təhdid edən erməni yaraqlılarını sıradan çıxarmalıyıq" - Hərbi ekspert

!Reklam – Yazi

“Hazırda Azərbaycana qarşı Ermənistanın tərəfində olan qüvvələr ermənilərin orada yaşamasını istəyəcəklər, ancaq bu, müəyyən vaxta qədər davam edə bilər”.

Bu fikirləri Qarabağda baş verən prosesləri şərh edən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında səsləndirib.Tərlan Eyvazov bildirib ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu məsələdə alternativ variant yoxdur:

“Bu gün ölən və Azərbaycan cəmiyyətinin öldüyünə sevindiyi Qorbaçov belə: “Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir”, – demişdi. Ermənilər həmişə SSRİ rəhbərliyinə təzyiqlər edirdilər ki, Qarabağ Ermənistana verilsin. Ancaq işin məğzini öyrənən insanlar hamısı Qarabağa maksimum muxtariyyət verilə biləcəyini deyiblər. Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək olmaz. Qarabağ dağlı, aranlı vahid ərazi sayılır. Hətta Leninin özü də o vaxt Qarabağa avtonomiya veriləndən sonra buna etirazını bildirib. Bu gün tarixi qanunauyğunluq öz yerini tapır. Vaxtında qüvvə tapıb zəif olmasaydıq, indi bu yerə gəlib çıxmazdıq. İndi özümüzdə qüvvə tapıb tarixi, hüquqi qanunauyğunluğu və geopolitik məsələni qaydasına qoyduq. Bunun nəticəsi olaraq Laçındakı hadisələr baş verdi. Dostlar da, düşmənlər də gördü ki, bu, qarşısıalınmaz bir prosesdir. Qışdan başlayaraq Azərbaycan ordusu işini görürdü, Fərruxla başlayan proses sonda xüsusi əməliyyatla yekunlaşdı. Sarıbaba, Qırxqız, Buzdux yüksəkliklərinin nəzarətə götürülməsi vahid əməliyyat prosesi əsasında həyata keçirilir. Baş verənlər spontan olan bir şey deyil. Bunun arxası həm siyasi, həm diplomatik, həm də iqtisadi addımlarla Azərbaycan dövləti və rəhbəri tərəfindən möhkəmləndirilir.

Azərbaycan dövlətinin xarici siyasəti, iqtisadi siyasəti və hərbi qüdrəti vahid hal alaraq koordinasiyalı şəkildə həyata keçirilir. Buna görə də nə düşmənlərimiz, nə də dostlarımız bunun qarşısında nəsə deyə bilirlər. Hazırda Azərbaycana qarşı Ermənistanın tərəfində olan qüvvələr ermənilərin orada yaşamasını istəyəcəklər, ancaq bu, müəyyən vaxta qədər davam edə bilər.

Ermənistanda bəziləri düşünür ki, Rusiya Ukraynada qalib gəlsəydi, regionda möhkəmlənə və revanşist addımlar ata bilərdilər. Ermənistanda olan indiki iqtidar isə qərbyönümlü olduğu üçün düşünür ki, Qərbin dəstəyi ilə Ukrayna qalib gələrsə, özlərini demokratiya imici ilə qoruyub Azərbaycanın üzərinə gələ bilərlər. Ona görə də Azərbaycan dövləti və prezidenti indiki məqamdan istifadə edərək nə mümkündürsə, onu etməyə çalışır.

Hesab edirəm ki, növbəti addımlarımızda Qarabağda yaşayan əhalini təhdid edən erməni yaraqlılarını sıradan çıxarmalıyıq. Azərbaycan Qarabağda qalan silahlı dəstələri tam şəkildə təmizləməlidir. Dinc erməni əhalisinin orada yaşamasını və birgə yaşayış prinsiplərini həyata keçirməliyik.

Laçın dəhlizinə alternativ yol çəkildi və erməni əhalisi o yola müsbət yanaşır. Yol həm keyfiyyətli, həm də qısadır. Əgər Azərbaycan dövləti bunu edirsə, orada yaşayan erməni əhalisi də anlayır, sadəcə onların qorxusu silahlı dəstələrdir. Azərbaycan dövləti bütün dünyanın gözü qarşısında informativ dəstəklə o silahlılardan Qarabağı təmizləməldir. Bundan sonra isə öz torpaqlarından didərgin düşmüş əhalinin ora köçməsini təmin etməlidir. Birinci növbədə, Laçın, Qubadlı və Kəlbəcərə köçü təmin etmək lazımdır. Bundan sonra nə Ermənistandakı revanşistlər, nə də Qarabağdakı separatçılar bir hərəkət edə biləcəklər”.

Səxavət Məmməd

www.yenicag.az

879
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv