!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının ölkəmizə..." - Politoloqun ŞƏRHİ

!Reklam – Yazi

“Əgər hər hansı silahlı mübarizədən söhbət gedəcəksə, Azərbaycan özünə qarşı silah tuşlayan hər kəsi məhv edəcək”.

Bu fikirləri separatçı rejimin “mübarizə istəyinin mümkün nəticəsi barədə danışan politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Qarabağda fəaliyyət göstərən separatçı rejimin mübarizə və müharibə istəyi absurddur:

“Çünki Azərbaycanın Laçında nəzarət-buraxılış məntəqəsi qurulub. Mübarizə aparmaq və müharibə etmək üçün nə təminatları var, nə də gücləri. Separatçı rejimin qanunsuz hərbçisinin Azərbaycan əsgərinə atacağı bir güllə birmənalı olaraq onların sonunu gətirəcək.

Separatçı rejimin qarşısında tək çıxış yolu var: Azərbaycana inteqrasiya olaraq dövlətimizin qanunları ilə yaşamaq.

Çox güman ki, separatçı fəaliyyət göstərənlər gəlməyəcək. Ancaq Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının ölkəmizə inteqrasiya olmaq istəyi var. Bəzi icma üzvləri azərbaycanlılarla birgə yaşamaq istəyirlər.

Onların Azərbaycana interqasiya prosesi sürətlənə bilər. Lakin sadalanan müsbət addımlar separatçı rejimin hansı istiqamətdə fəaliyyət göstərəcəyindən asılıdır. Əgər hər hansı silahlı mübarizədən söhbət gedəcəksə, Azərbaycan özünə qarşı silah tuşlayan hər kəsi məhv edəcək”.

Nəsimi Ələsgərli

www.yenicag.az

460
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv