!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağda “yaşıl enerji”yə investisiya yatırımları müzakirə edildi

!Reklam – Yazi

Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Çinin “Gezhouba Group” şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” layihələrinə investisiya yatırmaqda maraqlıdırlar.

Yenicag.az xəbər verir ki, bu barədə “yaşıl enerji” sahəsində fəaliyyət göstərən xarici şirkətlərin nümayəndələrinin Laçın rayonuna səfəri zamanı bildirilib.

Səfər Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayevin rəhbərliyi ilə baş tutub.

Tərəflər arasında növbəti görüşlərin keçirilməsi və müzakirələrin aparılmasına qərar verilib.

Bildirilir ki, Azərbaycan Prezidentinin müvafiq göstərişinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması istiqamətində tədbirlər davam etdirilir.

“Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilər ciddi bərpa olunan enerji potensialına malikdir və xarici investorlar bu sahəyə böyük maraq göstərir”, – nazirlik qeyd edib.

Səfər çərçivəsində əvvəlcə Laçında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədovla görüş keçirilib. Görüşdə Laçın rayonunda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”na uyğun olaraq həyata keçirilən layihələr, rayonun Minkənd ərazisində külək elektrik stansiyasının tikintisi üçün nəzərdə tutulan ərazilər barədə fikir mübadiləsi aparılıb.

Bioenerji, enerji səmərəliliyi, binalarda günəş enerjisindən istifadə ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verilib, günəş və külək elektrik stansiyalarının tikintisi ilə bağlı məsələlər müzakirə edilib. Bərpa olunan enerji sahəsində milli kontentin yaradılmasının xüsusi maraq kəsb etdiyi vurğulanıb. Bildirilib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası məqsədilə Laçın və Kəlbəcər rayonlarında külək enerjisi potensialının yüksək olduğu nəzərə alınaraq bu ərazilərdə külək elektrik stansiyalarının tikintisi planlaşdırılır.

Səfər zamanı nümayəndə heyəti Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında salınmış Ağalı kəndində də olublar.

www.yenicag.az

319
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv