!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağda YENİDƏNQURMA İŞLƏRİ: “Avropa şirkətlərinin Qafqaz regionunda fəaliyyət göstərməsi üçün...” - RƏY

!Reklam – Yazi

“Hələlik heç bir şirkət buraya maliyyə ayırmağa tələsmir”.

Bu sözləri Avropa şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işlərinə marağın olmamasından danışan iqtisadçı ekspert Xalid Kərimli Yenicag.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, əsas məsələ dost ölkələrin şirkətlərinə bu işlərdə üstünlük verilməsi məqamı ilə bağlıdır:

“Prezident İkinci Qarabağ savaşı dönəmi və ondan sonrakı dövrdə də verdiyi bəyanatlarda qeyd edirdi ki, azad olunmuş ərazilərin bərpa prosesində “yaşıl işıq” dost dövlətlərin şirkətlərinə veriləcək.

Burada da ən çox prosesdə ölkəmizi dəstəkləyən və haqlı mübarizəmizə qərəzsiz yanaşan dövlətlərə məxsus şirkətlər yenidənqurma işlərinə yaxın buraxılacaq. Bu siyahıya Türkiyə, İsrail, İtaliya, Macarıstan, B.Britaniya, TDT-yə üzv dövlətlər və digər bu kimi Azərbaycana yaxın mövqe və münasibətdə olan ölkələr daxildir.

Bütün bu amillər ümumi istiqamətdən xəbər verir. Bunlardan əlavə Avropa şirkətlərinin Qafqaz regionunda fəaliyyət göstərməsi üçün özlərinin də marağı olmalıdır. Məsələ təkcə Azərbaycanın hansısa şirkətlərlə işləmək istəyindən getmir. Məsələ ilk növbədə sözügedən şirkətlərin regionda layihə tərtib etməsində maraqlı olmasından da ibarətdir.

Şirkətlərin mənsub olduğu ölkələrin mədəniyyət baryerləri, ölkələrarası münasibətlər, regiondakı bazarın strateji xüsusiyyətləri və bu kimi digər faktorları qeydə alınmalıdır. Həmçinin bu mövzuya büdcə məsələlərini də aid edə bilərik.

Layihələr keyfiyyətli olsa da, ölkənin büdcədsinə uyğun olub-olmaması da nəzərə alınmalıdır. Başqa bir məsələ onunla bağlıdır ki, hələlik heç bir şirkət buraya maliyyə ayırmağa tələsmir. Hələ düşündükləri şey tenderlərdə iştirak edərək, vəsaitləri dövlətin hesabına köçürməkdən ibarətdir”.

Yusif Səmədzadə

www.yenicag.az

275
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv