!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağdakı ermənilər arasında QARIŞIQLIĞIN SƏBƏBLƏRİ: "Rusiya sülhməramlıları onları qızışdırmaqla..." - ŞƏRH

!Reklam – Yazi

“Azərbaycan maneələrə baxmayaraq, Qarabağda öz suverenliyini tam bərpa edəcək”.

Bu sözləri Qarabağdakı separatçı rejim arasında son günlər yaşanan gərginlik və prosesin nə ilə nəticələnəcəyini dəyərləndirən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Qarabağdakı separatçılar arasında qarışıqlığın olacağı gözlənilən idi:

“Separatçı rejim aarasında qarışıqlıq baş verməli idi. Çünki orada başda Arayik Arutunyan və Ruben Vardanyan olmaqla Azərbaycana inteqrasiya mövzusunda çoxdandır ki, qarşıdurma var. İndi o qarşıdurmalar daha da dərinləşir və genişlənir. Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qoyulduqdan sonra Azərbaycanın suveren ərazilər üzərində tədricən hakimiyyəti hiss olunur. Bu da orada yaşayanlar arasında fikir ayrılıqlarına gətirib çıxarır. Mülki əhalinin bir hissəsi Azərbaycanla inteqrasiyanın tərəfdarıdır. Onlar, həmçinin sərhəd-buraxılış məntəqəsi vasitəsi ilə Ermənistana getməyə razıdırlar.

Bir sözlə, separatçıların söylədikləri ilə onların fikirləri üst-üstə düşmür. Ona görə də narazılıq biraz da artır.

Azərbaycan inteqrasiya tərəfdarı olan əhali ilə müəyyən əlaqələr qurmaqdadır. Əvvəl Balasanyanla əlaqə qurulmuşdu. Ondan sonra isə Babayan soyadlı fikrimcə İrəvandan göndərilmiş şəxslə əlaqə quruldu. O, Azərbaycanın suverenliyini təbliğ edən şəxslərdən biridir. Əhalinin bir hissəsini də öz tərəfinə çəkməyə nail olub. Bu da fikir ayrılıqlarını yaradan səbəblərdən biridir. Əminəm ki, sülh prosesi yaxınlaşdıqca separatçıların ümidləri daha da qırılır.

Belə bir şəraitdə orada gərginlik hökm sürməlidir. Mitinq keçirdilər, mitinqə 100-150 adam güclə yığışdı. Beynəlxalq təşkilatlara müraciət edirlər, onlara cavab verən yoxdur. Rusiya sülhməramlıları onları qızışdırmaqla məşğuldur. Nə olmasından asılı olmayaraq, əminəm ki, Azərbaycan həmin ərazilər üzərində öz suverenliyini tam bərpa edəcək”.

Səxavət Məmməd

www.yenicag.az

365
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv