!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağdakı gərginliyin əsas SƏBƏBKARI: "Azərbaycan qətiyyətli addım ataraq..." - SİYASİ ŞƏRHÇİ

!Reklam – Yazi

“Bölgədə separatçıların əsas güvəndiyi güc sülhməramlılar və Ermənistan ordusunun qalan hissələridir”.

Bu sözləri Qarabağ ətrafında baş verən proseslər, gərginliyin səbəblərini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Qarabağdakı gərginliyin başında Rusiya dayanıb:

“Gərginliyi yaradan Moskvadır. Arayik Aruytunyana ürək-dirək verən, onu yeni macəralara sürükləyən ruslardır. Rusiya deyir ki, tez bir zamanda sülh müqaviləsi imzalamaq olmaz, əgər sülh müqaviləsi Brüssel xətti ilə imzalanarsa, gələcəkdə bunun fəsadları olacaq.

Azərbaycan bütün bunları görüb və buna uyğun addımlar atmalıdır. Rusiya siyasi rəhbərliyi ilə danışıq aparmaq olar.Sülhməramlılara ehtiyac olmaması barədə fikirlər səsləndirib və tələblər irəli sürülməlidir. Bölgədə separatçıların əsas güvəndiyi güc Ermənistan ordusunun qalan hissələridir. Bu istiqamətdə hərəkətlilik yoxdur, dolayısı ilə nəticə də yoxdur”.

Səxavət Məmməd

www.yenicag.az

505
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv