!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qarabağdakı mis və mərmər yataqlarının talan olunmasında Rusiya şirkətləri də iştirak edir” – ŞƏRH

!Reklam – Yazi

“Ermənilər yenə də irəli gedərək bu aksiyanı “soyqırımına növbəti cəhd” kimi qələmə verməyə çalışırlar”.

Bu fikirləri azərbaycanlı ictimai fəalların Qarabağda ermənilərin ekoloji cinayətlərinə son qoyulması tələbi ilə keçirdikləri aksiyanın Ermənistanda doğurduğu reaksiyadan danışan Erməni Araşdırma Mərkəzinin rəhbəri professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının komandanının aksiya içtirakçıları ilə görüşdən yayınmasının ciddi səbəbi var:

“Azərbaycanlı ictimai sektor və media təmsilçilərinin Şuşa-Xankəndində keçirdikləri aksiya və o yolda hərəkətin dayandırılması Ermənistanda da ciddi müzakirə olunmaqdadır.

Ümumi qiymətləndirmə aparsaq, ermənilər yenə də irəli gedərək bu aksiyanı “soyqırımına növbəti cəhd” kimi qələmə verməyə çalışırlar. Hətta Paşinyan məsələ ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığı da aparıb. Yəni erməni cəmiyyəti keçirilən aksiyaya və yolun bağlanmasına görə çox narahatdır.

Eyni zamanda Xankəndidəki separatçı rejimin təmsilçiləri də “iclas” keçirərək vəziyyəti müzakirə ediblər. Onlar belə iddia edirlər ki, bu aksiya Qarabağdakı ermənilərin oradan çıxarılmasına yönəlib. Bir sözlə, İrəvanda da, Xankəndidə də bu olayların mümkün inkişafına dair qeyri-müəyyənlik var.

Mən bir məqama da diqqəti yönəltmək istəyirəm. Bildiyiniz kimi, sülhməramlıların komandanı general Volkov hələ də aksiya içtirakçıları ilə görüşdən boyun qaçırır. Bunun ciddi səbəbləri var.

Bildiyiniz kimi, uzunmüddətli işğal dönəmində Qarabağda, o cümlədən ətraf rayonlardakı mis, mərmər yataqları xarici şirkətlərin iştirakı ilə istismar və talan edilib. Sülhməramlıların məsuliyyət zonasında qalan yataqlarda bu talan indi də davam etdirilir. Onların arasında çox sayda Rusiya şirkətləri də yer alır. İndi Volkov bu barədə suallarla üzləşməmək üçün aksiya keçirilən əraziyə gəlmək istəmir.

Qarabağda ekoloji fəlakətin dayandırılması üçün Azərbaycanın atdığı addımlar onun hüququdur. Bunu heç kim qadağan edə bilməz. Ona görə də Azərbaycan mütəxəssislərinin normal fəaliyyətinə şərait yaradılmalıdır. Əks halda, daha sərt tədbirlər görülməlidir”.

A.Zeynalov

www.yenicag.az

469
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv