!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağdakı qeyri-qanuni birləşmələrin SONU: "Azərbaycanın xüsusi hərbi əməliyyatının əsas obyekti..." - HƏRBİ EKSPERT

!Reklam – Yazi

“Azərbaycanın əsas hərbi hədəfi Qarabağdakı qeyri-qanuni erməni birləşmələrinə rəhbərlik edən heyət – alay komandirləri, diviziya komandirləri və müavinləri, “müdafiə nazirliyindəki” rəhbər şəxslərdir”.

Bu fikiri Qarabağdakı hazırkı vəziyyət, sülh-hərb variantları və gözləntiləri dəyərləndirən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elxan Şıxəliyev bildirib ki, Qarabağa status Azərbaycan üçün müzakirə mövzusu deyil:

“Hər nə qədər gərginlik olsa da, sülh danışıqları dalana dirənməyib. Əsas müzakirələr Ermənistanla aparılır. Sərhədlərin delimitasiyası, demarkasiyası, kommunikasiyaların açılması və ərazi iddialarından vaz keçilməsi əsas müzakirə mövzusudur. Prezident İlham Əliyev də “Euronews”a müsahibəsində bildirdi ki, ümidlər hələ bitməyib. Ermənistan fərqindədir ki, Qarabağ məsələsini Azərbaycan həll edəcək və bu, Ermənistanın istəyi üzərindən olmayacaq. Qarabağdakı separatçı rejim buna görə Ermənistana çox əsəbidir. Hətta Paşinyanı satqın da adlandırırlar. Ruben Vardanyan ABŞ kanallarından birinə müsahibə verəndə Paşinyana “satqın” deyib. Ermənistanın yanaşması bəllidir.

Sülh sazişinin içərisində ermənilər Qarabağa xüsusi status istəyir. Siyasi danışıqlardan maksimum yararlı çıxmaq istəyirlər. Azərbaycan üçün bu, müzakirə mövzusu deyil. Ya Azərbaycan vətəndaşlığını qəbul edib yaşayacaqlar, ya da köçüb gedəcəklər. Hər iki variant Azərbaycan üçün məqbuldur.

Qarabağda antiterror əməliyyatı keçiriləcək deyəndə bu o demək deyil, bütün əhaliyə qarşı keçiriləcək. Bunu ayırmalıyıq. Sırf qeyri-qanuni birləşmələrə qarşı hərbi əməliyyat keçiriləcək. Əgər oradakı qeyri-qanuni birləşmələr silahsızlaşdırılmasa, Azərbaycan öz ərazisində əli silahlı gəzən terrorçunu nə qədər həzm edə bilər? Bizim xüsusi hərbi əməliyyatın obyekti 10 minə yaxın silahlıdır.

Əslində dəqiq hədəfimiz heç 10 min silahlı da deyil. Əsas hədəf silahlılara rəhbərlik edən heyət – alay komandirləri, diviziya komandirləri və müavinləri, “müdafiə nazirliyindəki” rəhbər şəxslərdir. Onlar zərərsizləşdirilən kimi digərləri ağ bayraq qaldıracaq”.

Səxavət Məmməd

www.yenicag.az

525
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv