!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağdakı qondarma qurum rəsmən LƏĞV EDİLDİ

!Reklam – Yazi

Qarabağdakı qondarma qurum mövcudluğunu dayandırdığını elan edib.

Yenicag.az xəbər verir ki, Samvel Şahramanyanın 19 sentyabr 2023-cü il tarixli “fərman”ına əsasən “qərar” verilib:

“1. 2024-cü il yanvarın 1-dək idarə tabeliyində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilsin və Dağlıq Qarabağ (Artsax) Respublikası öz fəaliyyətini dayandırsın.

2. Dağlıq Qarabağın əhalisi, o cümlədən respublikadan kənarda yerləşənlər bu Fərman qüvvəyə mindikdən sonra müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsunlar. Dağlıq Qarabağda qalmaq (qayıtmaq) mümkünlüyü ilə bağlı gələcək.

Bu Fərman dərc edildikdən dərhal sonra qüvvəyə minir”.

Xuraman Etibarlı

www.yenicag.az

378
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv