!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağdakı qondarma rejim bütün kütləvi tədbirlərə qadağa qoydu

!Reklam – Yazi

Qarabağdakı qondarma rejim bütün kütləvi tədbirlərə qadağa qoyub.

Yenicag.az xəbər verir ki, bu barədə qondarma qurum məlumat yayıb.

Yığıncaqların keçirilməsinə yalnız separatçı rejim tərəfindən və aşağıdakı hallarda icazə verilir:

Bayram və anım günlərində, erməni xalqının öz müqəddəratını təyinetmə hüququnu həyata keçirmək üçün.

“Bu halı nəzərə alaraq, tələblərə uyğun gəlməyən hər hansı görüş, tədbir, yığıncaq qanunsuz sayılacaq və onun iştirakçıları hüquqi məsuliyyətə cəlb olunacaqlar. Odur ki, əlavə gərginlik və gözlənilməz nəticələrin qarşısını almaq üçün ictimaiyyəti təxribatlara uymamağa çağırırıq.

Səlahiyyətli orqanlar öz səlahiyyətləri daxilində asayişin qorunması və qanunsuz hərəkətlərin qarşısının alınması üçün bütün zəruri tədbirləri görəcəklər”.

Xuraman Etibarlı

www.yenicag.az

224
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv