!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağdakı yanğınlarda İRAN İZİ: “Özünün strateji obyektlərini qorumaq gücündə olmayan...”

!Reklam – Yazi

“Həmin olaylar İranda sabitlik və təhlükəsizliyin çox kövrək olduğunun özünəxas göstəricisidir”.

Bu fikirləri İranın strateji hərbi obyektlərində ard-arda baş verən partlayışların mümkün səbəbləri haqda danışan Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü Babək Muğanlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, İran rejimi ölkədə təhlükəsizliyin “yüksək səviyyədə” təmin olunduğunu iddia etsə də, reallıq tamamilə fərqlidir:

“Doğrudur, İranın strateji hərbi obyektlərində müxtəlif qəzaların, partlayışların meydana gəlməsi artıq silsilə xarakter alıb. Molla rejimi bu partlayışlarla əlaqədar əsasən, İsraili suçlayır və bu olayları onun təxribatı kimi qiymətləndirir.

Bununla belə, həmin partlayışların hansı səbəbdən baş verməsindən asılı olmayaraq, bütün bunlar onu göstərir ki, strateji obyektlərini qorumaq gücündə olmayan İran uğursuzcasına özünü dünyaya güclü, sabit ölkə qismində tanıtmağa çalışır.

Təbii ki, hərbi obyektlərdəki partlayışlarda kənar qüvvələrin, o cümlədən, İsrailin özünün birbaşa, yaxud da ki, İrandakı casuslarının əli ilə iştirakı istisna edilmir. Ancaq həmin olaylar İranda sabitlik və təhlükəsizliyin çox kövrək olduğunun özünəxas göstəricisidir.

Digər bir məqama da toxunmaq istəyirəm. Qeyri-rəsmi mənbələrin hələlik təsdiqlənməyən məlumatlarına görə, son günlərdə Qarabağdan İrana təxminən 60-a yaxın hərbçi aparılıb. Onların erməni əsgəri, yoxsa hansısa terror qruplarına məxsus silahlılar olduğu açıqlanmır.

Bildirilir ki, Qarabağda baş verən kütləvi yanğın hadisələrinin arxasında məhz İran dayanır. Yanğınların törədilməsində məqsəd molla rejiminin Azərbaycanın vaxtilə işğal altında qalan ərazilərindəki fəaliyyətinin izini itirmək olub. Yenə deyirəm, bu məlumatlar qeyri-rəsmi kanallar vasitəsilə yayımlanıb. Yəqin ki, qarşıdakı müddətdə bu məsələyə də konkretlik gətirilər”.

A.Zeynalov

www.yenicag.az

213
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv