!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağdan erməni KÖÇÜ: "Ruslar onların hamısının getməsinə imkan verməyəcək"

!Reklam – Yazi

“Ermənilər 2-3 ay sonra gəlib evlərini satıb, birdəfəlik gedəcəklər”.

Bu sözləri antiterror əməliyyatından sonra ermənilərin Qarabağdan köçməsini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, ruslar ermənilərin hamısının köçməsinə imkan verməyəcək:

“Ruslar Qarabağda qalmaq üçün əllərində bir bəhanə axtarırlar. Buna əsaslanaraq bütün ermənilərin ərazidən çıxmasına maneçilik törədəcəklər.

Proses gözlədiymiz kimi asan olmayacaq. Çətin proseslərin olacağını gözləmək lazımdır. İndiki halda hər şey yaxşı gedir. Hər şey Azərbaycanın xeyrinə işləyir. Hazırda ermənilər təhlükəsizlik üzündən Ermənistana gedirlər. Hesab edirəm ki, 2-3 ay sonra gəlib, evlərini satıb gedəcəklər”.

Səxavət Məmməd

www.yenicag.az

964
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv