!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağdan köçməyə qərar verən separatçı Gorusda həbs edildi – Casusluq İTTİHAMI

!Reklam – Yazi

Antiterror əməliyyatından sonra bölgədə qalan Qarabağ ermənisi Sarqis Qalstyan martın 29-da Beynəlxalq Qızıl Xaç Komitəsinin müşayiəti ilə Qarabağdan Ermənistana köçmək qərarına gəlib. Lakin Ermənistan ərazisinə daxil olan Qalstyan nəticədə Gorusda həbs edilib.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Erməni nəşri S. Qalstyanın saxlanmasının təfərrüatlarını araşdırıb.

Qəzetin məlumatına görə, araşdırma nəticəsində məlum olub ki, iş üzrə yeganə təqsirləndirilən şəxs Sarqis Qalstyandır.
Bu barədə qəzetin sorğusuna cavab olaraq Ermənistan İstintaq Komitəsindən məlumat verilib. Bildirilib ki, o, aprelin 3-də həbs edilib. İstintaq Komitəsi Qalstyanı casusluqda ittiham edir.

Bundan sonra isə qəzet “Sarqis Qalstyanın ona qarşı irəli sürülən ittihamlarla bağlı mövqeyi ilə bağlı onun vəkilindən soruşub. Vəkil Qalstyanın ittihamı qəbul edib-etmədiyini deyə bilməyəcəyini söyləyib.

Qəzet həmçinin sözügedən cinayət işinin Qalstyanın Ermənistana gəlişindən əvvəl, yoxsa sonra başlandığını vəkildən soruşub.

Vəkil həmin prosesin Sarqis Qalstyanın Ermənistana getdikdən sonra başladığını deyib. Onun sözlərinə görə, Qalstyan Ermənistana gəlməsəydi, proses heç vaxt başlaya bilməzdi. Halbuki Ermənistanın hüquq-mühafizə orqanları bu barədə məlumatlı olsaydılar, əvvəllər casusluq etdiyi üçün onlar məhkəmə prosesini başlatmalı və Qalstyana qarşı axtarış elan etməli idilər. Vəkil həmçinin deyib ki, Sarqis Qalstyan ermənilər arasında daha çox “MTX-nin təcridxanası” kimi tanınan “İrəvan-Kentron” cəzaçəkmə müəssisəsində saxlanılır”.
Xatırladaq ki, əslən Qarabağ ermənisi olan Sarqis Qalstyan uzun illər Azərbaycan SSR-in tərkib hissəsi sayılan keçmiş DQMV-də müxtəlif vəzifələrdə çalışıb, 1990-cı illərdə isə Ermənistanın Azərbaycan ərazilərinin işğalı əməliyyatlarında iştirak edib.

S. Qalstyan işğal illərində separatçı rejimin Şuşa inzibati ərazi dairəsi rəisinin müavini olub, sonra isə qondarma qurumda “hərbi vətənpərvərlik və təhsil nazirliyi”ndə işləyib.

Rafi Müslümov

www.yenicag.az

111
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv