Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

"Qarabağ"dan milyonluq transfer

Reklam: Sinerji Pro

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” növbəti transferinə hazırlaşır.

Yenicag.az xəbər verir ki, indiyədək Abbas Hüseynov, Anton Kanibolotski və Yakub Rzejniçakın keçidini həll edən “atlılar”, daha bir futbolçu ilə anlaşıb.

Söhbət Haiti millisinin üzvü Vilde-Donald Querrierdən gedir. Əldə etdiyimiz özəl məlumata görə, bu keçid üçün “Qarabağ” Türkiyənin “Alanyaspor” klubuna 100 min avro transfer haqqı ödəyəcək. Futbolçu ilə qarşıdakı günlərdə 2 illik sözləşmə imzalayacaq. 28 yaşlı yarımmüdafiəçi hər ili üçün son Azərbaycan çempionundan 350 min dollar maaş alacaq. Bu isə o deməkdir ki, bu transferə görə, “Qarabağ”, 1 milyon manatdan çox xərcə düşəcək.

Qeyd edək ki, Haiti millisinin üzvü “Alanyaspor”dan əvvəl Polşanın “Visla” klubunda çıxış edib.

Emin Səfərov
Yenicag.az

www.yenicag.az

725
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM