!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Qarabağı unutmaq Ermənistanla da yavaş-yavaş eyni şeyi etmək deməkdir" - Erməni deputat

!Reklam – Yazi

“Qarabağı beynimizdən çıxarmaq Ermənistanla da yavaş-yavaş eyni şeyi etmək deməkdir”.

Yenicag.az xəbər verir ki, bunu jurnalistlərə erməni ekspert Ovannes İşxanyan İrəvanda parlament binası qarşısında başlayan etiraz aksiyası zamanı deyib.

“Qarabağı beynimizdən çıxarmaq, birdəfəlik unutmaq Ermənistanla da yavaş-yavaş eyni şeyi etmək deməkdir. Yəni etiraf etsək ki, Qarabağ yoxdur, Sünik (Zəngəzur – red.) yoxdur, Tavuş ərazilərindən imtina edəcəklər, azərbaycanlılar nəzarəti ələ keçirəcəklər. Onda tam blokadaya düşürük və bizdə erməni dövlətçiliyi ümumiyyətlə olmaya bilər”, – İşxanyan bildirib.

Qeyd edək ki, Ermıənistan parlamentinin Dövlət və Hüquq Məsələləri Daimi Komitəsi bu gün, dekabrın 4-də keçirilən iclasında “Ayakve” hərəkatının təqdim etdiyi qanun layihəsini müzakirə edir.

Ermənilər yenidən Qarabağa qayıtmaq istəyirlər.

“Onlara qayıtmaq imkanı yaratmaq üçün Qarabağ uğrunda mübarizəyə mane olanları aradan qaldırmaq lazımdır. Bu maneənin aradan qaldırılması yolunda Ermənistanda bir-birinə dəstək olacaq əməkdaşlıq mədəniyyəti formalaşmalıdır. Bunlar ya partiyalar, ya da vətəndaş qrupları olacaq. “Ayakve” bu mədəniyyətin yaradıcılarından biridir. Parlamentin, hökumətin, medianın əksəriyyəti xalqı aldadaraq Qarabağ əsasında hakimiyyətə gələn insanlarla doludur və indi də aldatmaqla Qarabağı təhvil verdilər. Başqa sözlə, böyük düşmənçilik və fırıldaqçı aparatla mübarizədə “Ayakve”nin birgə fəaliyyəti nəticə verir”, – İşxanyan deyib.

Xuraman Etibarlı

www.yenicag.az

166
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv