!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ”ın Almaniyaya səfər proqramı müəyyənləşdi

!Reklam – Yazi

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Bayer 04”ün qonağı olacaq “Qarabağ”ın Almaniyaya səfər proqramı müəyyənləşib.

Yenicag.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan çempionunun mətbuat katibi Anar Hacıyev məlumat verib.

“Köhlən atlar” martın 12-də, saat 18:15-də Kölnə, oradan isə Leverkuzenə yollanacaqlar. Martın 13-də, yerli vaxtla saat 17:00-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, 17:30-da komandanın açıq məşqçi gerçəkləşəcək.
Qeyd edək ki, Leverkuzendəki qarşılaşma martın 14-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.

www.yenicag.az

139
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv