!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ”ın Avropa marşrutunun DAVAMI: “Bu mərhələdə daha çətin rəqiblə qarşılaşmaq...”

!Reklam – Yazi

“Slaviya” və “Reyncers” komandalarından birinin “Qarabağ”a rəqib olması daha arzuediləndir”.

Bu fikirləri UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” komandasını mübarizədən kənarlaşdıran “Qarabağ”ın 1/8 finaldakı mümkün rəqiblərini dəyərləndirən veteran futbolçu Aslan Kərimov Yenicag.az-a açıqlamasında deyib.

 

Onun sözlərinə görə, “Qarabağ” növbəti mərhələdə daha çətin rəqiblə qarşılaşacaq:

“Qarabağ” çox ağır oyun keçirdi. Oyunda son nöqtəni yerli futbolçumuz – Nəriman Axundzadənin qoyması bizi ikiqat sevindirdi. Düşünürəm ki, qarşılaçmanın “qırılma nöqtəsi” Elvin Cəfərquliyevin 57-ci dəqiqədə aldığı qırmızı vərəqə oldu. Fikrimcə, hakimin 2-ci dəfə sarı vərəqə verməsində heç bir qərəz yox idi. Əgər hər hansı qərəz olsaydı, Abel Ruizin topu qolu ilə saxlayıb vurduğu qol da sayılardı.

Biz “Braqa”ya qalib gələrək tariximizdə ilk dəfə pley-offda mərhələ adlaya bildik. Düşünürəm ki, bu mərhələdə daha çətin rəqiblə qarşılaşacayıq. Hesab edirəm ki, “Slaviya” və “Reyncers” komandalarından birinin “Qarabağ”a rəqib olması daha arzuediləndir.

Bu siyahıya “Vilyareal”ı da əlavə edə bilərik. Çünki hazırda bu komanda ötən dövrlərlə müqayisədə nisbətən zəifləyib. Çətin komandalara gəldikdə isə “Liverpul”, “Bayer Leverkuzen” kimi komandalarla rəqib olmaq istəməzdik. Bu komandalar bizə çətin anlar yaşada bilərlər”.

İsmayıl Bakuvi

www.yenicag.az

584
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv