“Qarabağ” çox yaxşı oynadı. Komandamızın oyununundan razı qaldım.
Bu sözləri Yenicag.az-a açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Nazir bildirib ki, oyunun qırılma nöqtəsi matçın 20-ci dəqiqəsində oldu: “Təəssüf ki, hakim haqsızlıq etdi. Rəşad Sadıqova göstərilən qırmızı vərəqəni doğru hesab etmirəm”.
Məmmədyarov onu da qeyd edib ki, “Qarabağ”ın Çempionlar Liqasında iştirakı Azərbaycanın xarici siyasətinə böyük təkandır: “Hakim səhvlərinin məqsədli olduğunu düşünmürəm. Hər tərəfdə “Qarabağ”ın oyunu işıqlandırılır. Bu da bizim üçün böyük dəstəkdir. Fikrimcə, “Qarabağ”ın oyunu Azərbaycan futbolunun inkişafda olduğunu göstərir”.
Emin Səfərov