!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qarabağın dağlıq hissəsində dəhliz, Zəngəzura isə yol variantı Azərbaycan üçün qəbuledilməzdir” – ŞƏRH

!Reklam – Yazi

“Hər iki tərəfdən yaradılan işçi qrupu fəaliyyətdədir və bu prosesdə artıq müəyyən məsafə qət olunub”.

Bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizinin açılmasını faktik olaraq sabotaj məqsədi daşıyan mövqe ifadəsini şərh edən politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Politoloqun fikrincə, Ermənistan rəsmilərinin bu məzmunlu açıqlamalarına baxmayaraq, prosesin yekununda müsbət nəticənin əldə olunma ehtimalı yüksəkdir:

“Ermənistan rəsmilərinin bu mövzuda səsləndirdikləri bəyanatlara baxmayaraq, Zəngəzur dəhlizi məsələsinin öz həllini tapacağını düşünürəm. Çünki ola bilməz ki, Qarabağın dağlıq hissəsində dəhliz, Zəngəzurda isə sadəcə yol olsun. Yəni ya hər iki halda dəhliz olmalıdır, yaxud da yol. Azərbaycan məsələnin bundan fərqli qoyuluşuna razı olmayacaq.

Mənə görə, hazırda kompromis axtarışları gedir və mövqelərin uzlaşdırılması üçün imkanlar axtarılır. Ermənistan da başa düşür ki, bunun alternativi yoxdur. Hər halda, hər iki tərəfdən yaradılan işçi qrupu fəaliyyətdədir, bu prosesdə artıq müəyyən məsafə qət olunub. Ona görə də ilin sonuna qədər ciddi nəticələrin əldə olunacağı gözləntisi böyükdür.

Ancaq, təəssüf ki, indiki şəraitdə istər Rusiya, istərsə də ABŞ öz maraqlarından çıxış edərək bu prosesə maneə yaratmağa, gedişatı dəyişməyə cəhd göstərirlər. Paşinyanın özü də Rusiyanın tam dəstəyini almaq üçün Moskvaya reveranslar etməkdədir. Ancaq bütün bunlara baxmayaraq, yaradılan əngəlləri aşmağın mümkün olacağı qənaətindəyəm”.

A.Zeynalov

www.yenicag.az

553
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv