!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

""Qarabağın dövlət strukturları" Fransaya köçəcək" - Savadyan

!Reklam – Yazi

“Qarabağın dövlət strukturları Fransada fəaliyyət göstərəcək”.

Yenicag.az xəbər verir ki, bunu “Hraparak” qəzetinə Hadrut şəhərinin “meri” olmuş Vahan Savadyan deyib.

O bildirib ki, özünü buraxmış qondarma rejimin “dövlət qurumları” hansı ölkədə olur-olsun saxlanmalıdır.

“Mən Qarabağın təslim olmasında konkret olaraq birinci növbədə hakimiyyəti günahlandırıram, çünki onlar orada idilər. Onlar aydın siyasətə əməl etmirdilər.

Həm Samvel Şahramanyan, həm də Arayik Arutyunyan qeyri-dəqiq siyasət apardılar.

Ermənistan hakimiyyəti də günahkardır, amma problemlər Qarabağın özündə idi. Sülhməramlı qoşunlar təhlükəsizliyi təmin etməli idilər, amma bunu etmədilər,

Biz Rusiya sülhməramlılarından çox narazıyıq. Rusiyanın siyasəti dəhşətlidir.

Dövlət strukturları qorunmalıdır. Əgər bu, Ermənistanın təhlükəsizliyinə təhlükədirsə, bəyan etsinlər. Qoy onları qəbul edəcək başqa bir dövlət qəbul etsin. Bu ən yaxşı variantdır.

Şübhəsiz ki, razılaşan ölkələr olacaq. Əgər dövlət strukturlarımız Ermənistan üçün maneədirsə, mən başqa ölkədə yerləşməsinin tərəfdarıyam. Mən demirəm ki, bu halda böyük uğur olacaq, amma heç olmasa Qarabağı xatırladan nəsə olacaq.

Məsələn, əminəm ki, Fransa bizi qəbul edəcək. Bəlkə qəbul edəcək başqa ölkələr də olacaq.

Qarabağa müəyyən şərtlərlə qayıdaram. Əgər orada Azərbaycan Ordusu olmasa, hökumət erməni olsa və məktəblərdə Azərbaycan və rus dilləri deyil, erməni dili tədris edilsə, mən etiraz etməyəcəyəm. Amma beynəlxalq sülhməramlılar Rusiya kimi olmamalıdır… Mən əminəm ki, o zaman çoxları qayıdacaq”, – deyə separatçı çərənləyib.

P.S. Yeməkdən ümid yaxşıdır. Gedin Fransaya, Amerikaya.., hara istəyirsiniz köçün. Marseldə, Parisdə, Nyu-Yorkda, harda istəyirsiniz, yaşayın, dövlət qurun. Görək başqa ölkələr “dövlət içində dövlət” anlayışını qəbul edəcəklərmi? ABŞ, Fransa, qollarınızı geniş açın.

Xuraman Etibarlı

www.yenicag.az

184
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv