!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağın florasına uyğun toxumların əkilməsi başlanıldı - FOTO

!Reklam – Yazi

Ermənistanın Qarabağın bitki örtüyünü, flora və faunasına vurduğu ziyanı aradan qaldırmaq üçün Vasif Qurbanzadənin təşəbbüsü ilə başlanan meşə ağacları toxumunun əkilməsinə başlanıb.

Yenicag.az xəbər verir ki, Qarabağ Hərəkatı üzvləri Elçin Vəlizadə və Elman Əsgərovun təşkilatçılığı ilə başlanan toxum əkmə aksiyası Nəbatat bağında gerçəkləşdirilir.

Aksiyaya ictimaiyyət nümayəndələri də qoşulub. Tanınmış cərrah-oftalmoloq dr. Bəhruz Quliyev, Ağdamdan olan ictimaiyyət nümayəndəsi Kənan Əkbərli və digərləri toxum əkmə aksiyasına qoşulub.

Toxum əkmə aksiyası Nəbatat bağının Qida və Dərman bitkiləri laboratoriyasının müdiri Yusif Zeynalovun rəhbərliyi ilə həyata keçirilir. Aksiyada laboratoriyanın əməkdaşları Aynur Ərəbzadə, Sevda Şərifova, Rüxsarə Kazımova, Cavid Vəliyev iştirak edir.

Təşəbbüskar Vasif Qurbanzadə bildirib ki, toxumlar bitdikdən sonra tinkləri Ağdamın məhv edilmiş meşə sahələrinə əkəcəklər:

“Ağdamın meşə örtüyü bildiyimiz kimi ermənilər tərəfindən məhv edilib. Bunun üçün belə bir aksiyaya start verdik. Planımızda təxminən 40 min tink əkmək var. Əkəcəyimiz ağacların Qarabağın florasına uyğun olması üçün çalışırıq. Hazırda qoz, palıd, yemişan, dəfinə ağaclarının toxumları əkilib. Bu siyahıya başqa ağacları da əlavə edəcəyik”.

Səxavət Məmməd

www.yenicag.az

527
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv