“Neftçi” klubu növbəti transferini reallaşdırıb.
Yenicag.az xəbər verir ki, Azərbaycanın U-19 yığmasının futbolçusu Turan Vəlizadə ilə 3 illik müqavilə bağlanılıb. 18 yaşlı mərkəz yarımmüdafiəçisi “Neftçi”nin heyətində 33 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Vəlizadənin son klubu “Qarabağ” olub.