!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ”ın futbolçusu sərbəst buraxıldı

!Reklam – Yazi

asasas31Mövsümlərarası fasilə dönəmində vətəninə dönən “Qarabağ” futbol komandasının braziliyalı yarımmüdafiəçisi Reynaldo Dos Santos idarə etdiyi avtomobillə qəza törədib.

Bu barədə “Qarabağ” klubunun mətbuat katibi Nurlan İbrahimov məlumat yayıb.

N.İbrahimov bildirib ki, hadisə zamanı motosiklet sürücüsü xəsarət alıb. “İlkin araşdırmalar zamanı qəzanın motosiklet sürücüsünün günahı üzündən baş verdiyi təsdiqlənib. Hadisə zamanı Reynaldo içkili olmayıb. Bunu polis də təsdiqləyir. İlkin tibbi yardımı da məhz futbolçumuz edib. Reynaldonun günahı olmadığından sərbəstdir və hazırda evindədir”, – deyə N.İbrahimov əlavə edib.

Klub məsələylə bağlı daha geniş məlumat açıqlayacaq.

www.yenicag.az

603
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv