!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ”ın “Molde” ilə oyuna hazırlıq planında dəyişiklik edildi

!Reklam – Yazi

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Norveçdə “Molde”nin qonağı olacaq “Qarabağ”ın oyunöncəsi son məşqi Bakıda keçiriləcək.

Yenicag.az klubun rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 28-də “Azersun Arena”da reallaşacaq hazırlıq prosesi saat 18:30-da start götürəcək.

Baş məşqçi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı isə Norveçdə baş tutacaq. Noyabrın 29-da keçiriləcək tədbir yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 22:00-da) başlayacaq.

Qeyd edək ki, noyabrın 30-da “Molde” stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

www.yenicag.az

202
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv